14.05.2015 [10:24] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın dini liderinin beynəlxalq məsələlər üzrə müşaviri, Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun Strateji Araşdırmalar Mərkəzinin rəisi Əli Əkbər Vilayəti mayın 13-də “Financial Times” Qəzetinə müsahibəsində Əl-Riyadın Yəməndəki siyasətindən və ABŞ-la əlaqələrdən danışıb
Səudiyyə Ərəbistanının Yəməndə həyata keçirdiyi hərbi əməliyyatlara toxunan Əli Əkbər Vilayəti deyib ki, bu ölkə Yəmənə qarşı hegemon mövqedən çıxış edə bilməz: “Yəmən müstəqil bir ölkədir. Bu ölkənin mədəniyyəti Səudiyyə Ərəbistanının mədəniyyətindən də qədimdir. Səudiyyə Ərəbistanının Yəməndə yürütdüyü siyasət artıq məğlubiyyətə uğrayıb. Hesab edirik ki, bu, Suriyada təkrar olunmamalıdır. İranla Suriya arasında strateji münasibətlər var və bu əlaqələr davam etdiriləcək. Biz heç vaxt Livana və Suriyaya dəstəyimizdən əl çəkməyəcəyik.
Qərblə nüvə razılaşmasına gəldikdə isə hesab edirik ki, bu çox incə və həssas bir razılaşmadır. Elə buna görə də qarşı tərəflərin məsələyə diqqətlə yanaşması vacibdir. Mən, hazırda müzakirələrin son mərhələsində olduğumuzu təsəvvür etmirəm. Biz, danışıqların ortasındayıq və bu müzakirələrin nəticəsi də Amerikanın yürütdüyü siyasətindən asılıdır. Çünki onlar bu gün hansısa bir məsələ barədə söz verir, sabahısı gün də başqa bir şey danışırlar. Güman edirəm ki, Qərblə yekun nüvə razılaşması əldə olunsa belə, İranla Amerika arasındakı münasibətlərin adiləşməsi gözlənilmir. Buna ehtimal yoxdur. Çünki Amerika hələ də öz köhnə siyasətlərini davam etdirir”.

Bu xəbər oxucular tərəfindən 617 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |