14.05.2015 [10:27] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) növbəti iqtidar-müxalifət dialoqu ilə bağlı mənfi mövqeyini kəskin pisləyib.
F.Quliyev Trend-ə bildirib ki, AXCP-nin verdiyi qiymət heç nəyi dəyişməz: “AXCP sertifikat verən təşkilat deyil ki. Mən keçən dəfə iclasda da qeyd etdim ki, milli maraqları tapdaq altına atan, milli şura yaradan, xarici dövlətlərə dəstək olan, xarici dövlətlərin maraqlarını Azərbaycanda rellaşdırmağa çalışan təşkilatlarla bir masada oturmağa dəyməz və mən şəxdən oturmaq istəmirəm”.
O, qeyd edib ki, AXCP ictimai rəyə təsir edə bilməyən təşkilatdır: “Hətta təsir etsələr belə, bizim üçün hər şeydən öncə vətəndir. Vətənin mənafeyinə görə hər kəs bir yerə yığılır. Əgər bu məsələləri masa arxasında müzakirə etməyəcəksənsə, harada müzakirə edəsən? Hesab edirəm ki, bu məsələdə özlərini kənarda saxlayanlar iki şeyə görə qıraqda qalıblar. Birincisi, ağaları bunlara icazə vermir, ikincisi, gücləri yoxdur və orada təkliflər irəli sürmək iqtidarında deyillər”.
F.Quliyev vurğulayıb ki, bu iqtidar-müxalifət dialoqunda hamının bir yerdə olması arzulanandır ki, Azərbaycanda bir konsolidasiya olsun: “Amma mən birmənalı şəkildə Azərbaycanın milli maraqları əleyhinə mütəmadi olaraq fəaliyyət göstərən təşkilatların bu masada oturmasının əleyhinəyəm”.
Qeyd edək ki, növbəti iqtidar-müxaliət dialoqunun mayın 15-də keçirilməsi nəzərdə tutulur.

Bu xəbər oxucular tərəfindən 1068 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |