14.05.2015 [11:02] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın müxtəlif bölgələrini bürüyən işsizlik, bir çox ictimai problemlərə yol açır. Təcrübəyə görə, işsizlik səviyyəsinin artması narkomaniyanın (mötadlıq) yayılması, çayxanaların sayının artması, küçə davaları, boşanma hallarının artması və s. kimi ictimai problemlərlə müşayiət olunur.
Şərqi Azərbaycan Vilayəti narkotik (müxəddir) maddələri ilə mübarizə mərkəzinin koordinasiya şurasının məsulu Şərqi Azərbaycanda çayxanaların artması ilə bağlı öz nigaranlığını bildirib.
Məhəmmədəli Nüsrəti Məlikan şəhərində keçirilən tədbirdə bildirib ki, “Şərqi Azərbaycan Vilayətində çayxanaların sayının artması nigaranlıq doğurur, ona görə də bütün vasitələrdə istifadə edərək bu problemin genişlənməsinin qarşısı alınmalıdır.” O əlavə edib ki, “çayxanalarda meyvə dadlı tənbəkilərin istifadəsi gündən-günə artır və gənclər bu tənbəkilərin ziyanlarını bilmədən ona tərəf meyillənir.”
M.Nüsrəti narkotik maddələri qaçaqmalçılarına da mesaj ünvanlayıb. O vurğulayıb ki, “bu il narkomanlar ciddi şəkildə toplanılacaq və qaçaqmalçılar üçün yaxşı il olmayacaq.”

Bu xəbər oxucular tərəfindən 738 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |