15.05.2015 [10:03] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Mayın 15-də (ordibeheştin 25-də) İran üzrə futbol klublarının super liqa rəqabətlərinin qalibi müəyyənləşəcək. Hazırda cədvəlin 1-ci pilləsində yer alan Təbrizin “Traxtur” futbol takımı super liqa rəqabətlərinin 30-cu və sonuncu həftəsində Tehranın “Neft” komandası ilə qarşılaşacaq.
Müsabiqə mayın 15-i yerli vaxtla saat 17:30-da Təbrizin səhənd stadionunda start götürəcək.
Davam.az bildirir ki, "Traxtur-Neft" müsabiqəsini GünAz TV ekranından canlı olaraq izləyə bilərsiniz.
Qeyd edək ki, “Traxtur” keçən müsabiqədə Tehranın “İstiqlal” komandasını 4:1 hesabı ilə məğlubiyyətə uğradaraq super liqa rəqabətlərinin qalibi olması üçün öz şansını artırdı. O üzdən qələbənin bir addımlığında olan “Traxtur” komandasının çempion olması olduqca realdır və milyonlarla azərbaycanlı bu nəticəni gözləyir. Artıq yerli məsullar o cümlədən Şərqi Azərbaycan valisi və icra başçısı (fərmandar) ümidverici mesajlar ünvanlayıb və Təbriz əhalisinin qələbənin şənlik mərasiminə hazır olduğunu bildiriblər. Bütün bunları nəzərə alaraq stadionda çoxsaylı soydaşımızın iştirak edəcəyi gözlənilir.

Bu xəbər oxucular tərəfindən 792 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |