Şrift:
Traxtur Komandasının tərəfdarları uzaq şəhərlərdən Təbrizə piyada yola düşüblər!
15.05.2015 [10:06] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbrizin məşhur “Traxtur” futbol komandası mayın 15-də (ordibeheştin 25-də) Tehranın “Neft” komandası ilə qarşılaşacaq.
Təbrizin səhənd stadionunda keçiriləcək müsabiqə İran üzrə futbol klublarının super liqa rəqabətlərinin 30-cu və sonuncu müsabiqəsidir. Məhz bu müsabiqədə super liqa rəqabətlərinin qalibinin təyin olması və “Traxtur”un hazırda cədvəlin 1-ci pilləsində olması müsabiqənin əhəmiyyətini artırıb.

GünAz TV mətbuat mərkəzinin “Durna news” saytına istinadən yaydığı məlumata görə, 8 nəfər “Traxtur” tərəfdarı “Traxtur-Neft” müsabiqəsini izləmək üçün Qum və Şəhriyar şəhərlərindən Təbrizə piyada yola düşüb. Onlar Təbrizə çatmaq üçün 730 kilometr yolu piyada gəlməlidilər. 6-cı gün (şənbə günü) Qum və Şəhriyar şəhərlərindən yola düşən soydaşlarımız cümə günü Təbrizə çatıb və səhənd stadionunda keçirilən həyəcanlı müsabiqədə tamaşaçı qismində iştirak edəcəklər.
Bu xəbər oxucular tərəfindən 682 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed