15.05.2015 [10:16] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran Gəmiçilik Təşkilatının təhlükəsizlik işləri üzrə rəhbəri Əsğər Məhəmmədpur mayın 13-də jurnalistlərə açıqlamasında Somali sularında 14 iranlı matrosun islamçı “Əl-Şəbab” yaraqlıları tərəfindən oğurlandığını bildirib.
Əsğər Məhəmmədpur deyib ki, matrosların gəmisi iki-üç gün əvvəldən texniki nasazlığa görə dənizdə hərəkətdən dayanıb: “Bu, neft daşıyan gəmi olmayıb. İran Gəmiçilik Təşkilatına məxsus olan bu gəmidən balıqçılıq üçün istifadə edilirdi. Hind okeanındakı Somali sahillərində hərəkət edən gəmidə iki-üç gün qabaqdan texniki nasazlıq əmələ gəlmiş, bununla da matroslar problemlərlə üz-üzə qalmışdı. Onlar özlərini Somali sahillərinə çatdırandan sonra “Əl-Şəbab” yaraqlıları tərəfindən tutularaq bilinməz istiqamətə aparılıb”.
Əsğər Məhəmmədpur hadisənin konkret nə vaxt baş verdiyi və oğurlanan iranlı matrosların kimliyi barədə hər hansı bir açıqlama verməyib.
Qeyd edək ki, terrorçu “Əl-Qaidə” təşkilatının müttəfiqlərindən olan “Əl-Şəbab” qruplaşması bu haqda yayılan məlumatlar barədə hər hansı bir bəyanat verməyib.

Bu xəbər oxucular tərəfindən 812 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |