15.05.2015 [10:56] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Azərbaycan türkcəsində veriliş adı altında həftəbecər, qarmaqarışıq bir ləhcədə proqramlar veriləcəksə, belə bir kanalın müsbət nəticəsi olmayacaq”
Əjdər Tağızadə: “Yeni kanal gözə kül üfürməkdir. Onlar beynəlxalq aləmi aldatmağa çalışırlar”
May ayının sonlarından etibarən İranda Azərbaycan dilində 24 saat yayımlanacaq yeni televiziya kanalı fəaliyyətə başlayacaq. Kanal Azərbaycanın ilk telekommunikasiya peyki olan "Azərspace-1” üzərindən yayımlanacaq.
Bu barədə İran İslam Radio və Televiziya Təşkilatının xarici yayım üzrə sədr müavini Məhəmməd Əxgəri məlumat verib. Əxgəri iki ölkə arasında münasibətlərin daha da yaxınlaşdığını vurğulayaraq, əməkdaşlığın davam etdirilməsinin qarşılıqlı maraqlara söykəndiyini bildirib.
Məsələyə münasibət bildirən millət vəkili, Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev İranda Azərbaycan dilində telekanalın fəaliyyətə başlamasını təqdirəlayiq hesab edib: "Atalar məsəli var, deyirlər, "avazın yaxşı gəlir, oxuduğun Quran olsa”. Əlbəttə, ilk baxışdan təqdirəlayiq bir addımdır. Əgər iddia edildiyi kimi kanal bütün proqramlarını Azərbaycan türkcəsində verəcəksə, milli mədəniyyətimizi təbliğ edəcəksə, soydaşlarımızın problemlərini işıqlandıracaqsa, ən azından mədəni proqramlar hazırlayacaqsa, bunu alqışlamaq olar. Amma indiyə qədər İranda fəaliyyət göstərən televiziya və radiolar kimi Azərbaycan türkcəsində veriliş adı altında həftəbecər, qarmaqarışıq bir ləhcədə proqramlar veriləcəksə, Azərbaycanı qınayan yanlış bir siyasət yürüdəcəksə və bununla soydaşlarımızın başını qatacaqsa, təbii ki, belə bir kanalın müsbət nəticəsi olmayacaq. İndidən dəqiq bir şey demək mümkün deyil. İnşallah, kanal fəaliyyətə başlasın, o zaman baxıb dəyərləndirərik. Amma niyyət olaraq bunu təqdir edirik”.
DAK-ın Daimi Şurasının sədri Əjdər Tağızadə bildirib ki, İranda Azərbaycan dilində fəaliyyət göstərən televiziya və radionun fəaliyyətə başlaması soydaşlarımız tərəfindən uzun illərdir tələb olunur: "Niyə məhz indi fars rejimi bu məsələni gündəmə gətirir?! Məncə, səbəbi çox sadədir. Gündən-günə zəifləyən və parçalanmağa doğru gedən İran rejimi əsarət altında saxladığı 35 milyonluq türk xalqının ayağa qalxmasından ehtiyat edir. Soydaşlarımız hədsiz basqı altındadır, artıq səbrləri qalmayıb. Neçə illərdir "Səhər” televiziyası fəaliyyət göstərir və dünya ölkələrinə yayımlanır. Yaxın müddətdə İran daxilində də yayımlanacaq. Nə faydası oldu? İranda Azərbaycan dilində hər hansı rəsmi kanalın açılması o demək deyil ki, fars rejimi həqiqətən soydaşlarımızın hüququnu tanıyacaq. Nə olsun ki, kanal öz dilimizdə veriliş verəcək. Bütün verilişlər rejimin senzurasından keçərək, onların istəyi və razılığı ilə hazırlanacaq. Yeni kanal gözə kül üfürməkdir. Onlar beynəlxalq aləmi aldatmağa çalışırlar. Bizim istədiyimiz milli və siyasi azadlıqlardır. Əgər rejim münasibətləri düzəltmək istəyirsə, zindanları açsın və minlərlə fəalımızı azadlığa buraxsın. Bax, o zaman İran dövlətinin əməkdaşlıq niyyətində səmimi olduğuna inanarıq. Yeni kanalın ümidlərimizi doğruldacağına inanmıram”.

İsmayıl
Bu xəbər oxucular tərəfindən 1109 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |