15.05.2015 [11:21] - Gündəm, Qərbi Azərbaycan-İrəvan, DAVAMın yazıları
Göyçə Mahalında Göyçə gölünün qərb sahilində yerləşən (Uratu dövrü Şila adlanmış) Pəmbək kəndinin yaşayış məskəni kimi yazılı tarixə düşən Urartu dövründən hesablasaq, beş min il tarixi vardır. Pəmbək kəndinin dağətəyi ərazisində qədim dövrlərə aid Oğuz, Alban qəbir daşları son zamanlara -rus əsgərlərinin silahı altında köçürülmə tarixinə qədər qalmaqda idi... Pəmbək kəndinin qərb tərəfindəki Şivri dağının adının da “Şila” toponimi ilə əlaqəsi vardır... Hələ qədim zamanlarda türk soylu insanların bu yeri yaşayış məskəni seçmələri təsadüfü deyildir. Kəndin yerləşdiyi ərazi Şahdağ silsiləsinin Göyçə gölünə tərəf uzanan qolları arasında dərədə, eyni zamanda gölün sahilində yeşləşməsi balıqçılıq, kəndin ətrafındakı qüzey meşələri isə ovçuluq üçün əlverişli şərait yaradır. Bundan əlavə, Şahdağ silsiləsindəki dağlardakı otlaqlar, güllü-çiçəkli yaylaqlar heyvandarlıq üçün bol təminat verir. Qarşıya qoyulan məqsədə görə Pəmbək və Amasiyanın Güllübulaq kəndinin yaxın beş yüz illik tarixi haqqında etdiyimiz araşdırmanın son nəticəsindən və orada yaşayan oğuz tayfalarından bəhs edəcəyik.
Göyçə mahalnın Pəmbək kəndinə Vartana Pəmbəkdən (Kirovakan sovet dövrü) üç tayfa köçmüşdür: Zubannılar, Töstülülər, Çanaqçılar və bu tayfalardan sonralar bir neçə qollar ayrılmışdır. Zubannılar qədim Oğuz tayfalarından olmuşlar. Etimologiya baxımından Zuban- var-dövlətli mənsını daşıyan qədim Türk sözüdür, dil təyinatına görə iki morfemlidir. Burada birinci leksik vahid “zu”, ikinci leksik vahid “ban”dır. “Zuban” sözünün lüğəti mənası zu-çox, ban- uca-var-dövləti çox olan anlamını verir.
İndi keçək mətləbə, Dərə kəndində ana babam Töstülü tayfasından olan Qazax Məmmədalı (1813-1960) 140 il ömür sürmüşdür və onun dediklərindən: (babam dünyasını dəyişəndə mənim on yaşım var idi...) Zubannı tayfası böyük bir tayfadır, bu tayfa Amasiyadan başlayıb Lori Pəmbək ərazisinə yayılımışdır. Onların kişi qismindən olan hər bir nəfərinin bəzəkli (qınlı) qəbzəli qılıncı, gümüş naxışlı dəstəkli xəncəri var idi. Cavanlar atın üsünə quş kimi tullanıb otururdular, atın yalmanına yatıb qıy vurub, dördəmə qaldırıb bir göz qırpımında uzaqlaşırdılar. Hələ babam İsmayıl kişi (Məmmədalının babasının adı) deyirdi ki, Şah İsmayılın qoşununda Zubannı tayfasından olan at üstündə şahin kimi şığıyan, ildırım kimi qılınc çalan qoçaq döyüşçülər olub. Sonralar Amasiya ərazisi- Əştərəkdən Alagöz dağına, Gümrü də daxil olmaqla böyük bir ərazi Zubannıların daimi yaşayış kəndləri və yaylaq yerləri olmuşdur. Bu ərazi onlara İrəvan xanlığı tərəfindən verilmişdir. Zubannıların yaşadığı ən böyük kənd Güllübülaq kəndi olmaqla ucu-bucağı görünməyən qoyun sürüləri, naxırları, ilxıları yaylaq mövsümündə Göyçə gölünün qərb sahillərinə, Murğuz dağının silsilələrinə yayılmışdır. Vartana Pəmbək kəndinə də həmin sürü və naxırın hərəkəti ilə əlaqədar gələn Zubannı ailələri yerli tayfalarla qız verib, qız almaqla nigah qohumluğu yaranandan sonra boş ərazilərdə daimi yaşamaq üçün məskunlaşmışlar.
Məmmədalı babamın həyat yoldaşı Xeyransa nənə də Vardana Pəmbəyə köçən Zubannı tayfasından olmuşdur. Xeyransa nənənin gənclik dövrünü babam belə nəql edirdi:- Zubannı qızlarının geyimində qızıl-gümüş bəzək əşyaları çox olurdu. Babam zarafala deyirdi:-Bəlkə mən elə bu Xeyransanın qızıl-gümüşünə vurulmuşdum. Onu ilk dəfə qonşu kənddəki toyda görmüşdüm. Başındakı araqçının yaqut qaşı, belindəki kəmərin bir qarış eni varıydı, kəmərin də üstünə işlənmiş qızıl-gümüş pullar bərq vururdu. Sinəsindəki qızıl boyunbağının qızıl haşiyəli kəhraba asmasını (medalyon), qızıl bilərziyini görəndə zalımın balasını şah qızından seçmək olmurdu... Ümumiyyətlə, Zubannı qız-gəlinlərinin əksəriyyəti belə bərli-bəzəkli geyinib-kecinirdilər. Kişilərin də atlarının yəhərlərinin qaşı gümüşdən bəzədilmiş, qamçılarının isə sapı(dəstəyi) ceyran buynuzundan düzəldilmiş olurdu... Bir dəfə Xeyransa dedi ki, Amasyadakı dayısı Hüsey və onun qızı həmyaşıd olduğu Seyran yadına düşüb. Bu dövr artıq İranla rus müharibəsi sülhlə qurtarmışdı, üstündən on il keçmişdi (1838), əmin-amanlıq yaranmışdı...Yay fəsli idi, dağlarda, yaylaqlarda binələr qurulmuşdu. Azuqə götürdük, iki at yəhərlədik, hərəmiz bir ata minib Göyçədən başlayıb Amasiya tərəfə dağ yolları ilə səfərə çıxdıq. Beş günə binələrdə qonaq qalmaqla, soraqlaşıb kəsə yollarla Güllübulaq kəndinə çatdıq. Hüseyn dayının kəndə yaxın Türkiyə sərhəddinə tərəf bir yaylaqdakı yurt yerindəki binəsində olduğunu dedilər və oraya getdik. Yaylaqda geniş ərazidə səkkiz-on böyük çadır qurulmuşdu, Hüseyn dayı bizi görəndə əvvəl çox təəccübləndi, sonra bağrına basıb cavanları səslədi:-Ay uşaqlar, görün kimlər gəlib! Bayırda olanlar, çadırda olanlar hamı bizə tərəf gəldilər. Xeyransanı qız-gəlinlər, ağbircək qadınlar növbəyə durub, bəlkə də iyirmi-otuz adam sevinclə bağırlarına basıb görüşdülər. Məni də ağbirçək qadınlar “boyuna qurban!” deyib bağırlarına basdılar. Sonra cavan, yaşlı kişilər də bizimlə “xoş gəldiniz” deyib görüşdülər. Xeyransanı Seyran öz çadırına apardı, Mən də Hüseyn dayının çadırında qohum-əqraba ilə qalıb söhbətlər etdik... Beş gün Hüseyn dayıgil qoç, toğlu kəsib yeyib-içməklə bizi qonaq saxladı. Xeyransa doğmaları ilə görüşüb hal-əhval tutandan sonra Göyçəyə qayıtdıq. Keçdiyimiz və qaldığımız yaylaqdakı binələrdəki ailə başçıları hamsı Hüseyn dayını tanıdığını və qohum olduqlarını deyirdilər... O zaman Göyçə mahalının, Lori Pəmbəyin, Amasiyanın, Şərur mahalının, Borçalı mahalının kəndlərini mən xeyli gəzmişəm. Hər kəndin kişi əhalisinin hamsında qılınc, tüfəng berdanqa, naqan kimi silah varıydı. Mahalların ağsaqqalları, bəyləri namusda-qeyrətdə, ədalətdə ad-san çıxarmışdılar. Göyçədən tutmuş Qarabağ, Gəncə, Zəngəzur, Gümrü, Amasiya-bütün kiçik Qafqazda yay mövsümündə yaylaqlarda, qış mövsümü qışlaqlarda, kəndlərdə bir ədalət höküm sürürdü. Camaat bilirdi ki, kim hansı mahaldan olmasına baxmayaraq, səhv iş görərdisə, eldən-elə, mahaldan-mahala xəbər yayılacaq və ağsaqqallar, bəylər tərəfindən cəzalandırılacaq. Bu səbəbdən də xalq arasında hörmət və nəzakət hökm sürürdü.
Ardı var...
Niftalı GÖYÇƏLİ - Milli Dirçəliş Hərəkatı
partiyası sədrinin Mədəniyyət məsələləri üzrə müşaviri.

Bu xəbər oxucular tərəfindən 1601 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |