15.05.2015 [14:10] - Gündəm, DAVAMın yazıları
Tez-tez mübahisə edirik. Mühacirlərlə bağlı. Mən Azərbaycandayam, onlarsa dünyanın hər tərəfində. Olduqları yerdə bəzən sakitcə yaşayırlar, bəzənsə bizi ittiham edəcək qədər irəli gedirlər.
Sakit yaşayanlarla işimiz yox. Çünki onların dərdi sadəcə öz başlarını saxlamaq, daha sakit, daha rahat bir həyat yaşamaqdır. Səslərini çıxarmadıqca biz də onlara irad tutmarıq. Çünki əxlaqımız bunu tələb edir.
Biz inanırıq ki, hər kəs yaşayış yerini seçməkdə azaddır. Biz həm də inanırıq ki, hər kəs siyasətdən uzaq olma haqqına da sahibdir. Hətta ona da inanırıq ki, hər kəsin vətənsevər olub-olmamaq seçimi də özünə aiddir. Çünki liberal bir dünyada yaşayırıq, Azərbaycan da yeni dünya dəyərlərinə arxa çevirmir.
Amma bəzən yurd dışında isti ocağının başında rahat-rahat çayını içib bizi ittiham edənlər olur ha, bax, onların bu haqqını məqbul hesab etmirik.
Biz o kəslərik ki, Azərbaycanda normal münasibətlər sisteminin qurulması, siyasi plüralizm və dialoq mühitinin bərqərar olması üçün illərimizi vermişik, illərimizi. Bu bir mübarizə yoluydu ki, biz sonadək keçdik və bundan heç peşman deyilik.
Bəli, zaman oldu ac qaldıq, zaman oldu döyüldük, zaman oldu yolumuz polis idarələrindən keçdi, qaranlıq, soyuq hücrələrdə gecələməli olduq. Məhrumiyyətlər yaşadıq, daimi qorxu altında ömür sürdük. Bəzən haqlı, bəzən də haqsız yerə əndişə duyduq. Amma davamızdan vaz keçmədik.
Həm də yurdumuzdan vaz keçmədik biz!
Biz Azərbaycanı tərk edib də daha rahat bir ölkədə yaşamaq haqqında heç düşünmədik!
Biz düşündük ki, əgər Azərbaycanda rahat yaşamaq problemi varsa, bu ölkənin dəyişməsi üçün çalışmalıyıq. Ki, ölkəmiz də insanların rahat yaşaya biləcəyi ölkələr sırasında olsun!
Bizə rişxənd edənlər də oldu, bizi gözümçıxdıya salanlar da. Amma vaz keçmədik ki, davamızdan.
Şəxsən özüm dünyanın dörd bir yanını gəzdim, indi də gəzirəm. Amma bu qədər xarici səfərlərim varkən heç bir zaman getdiyim ölkədə birdəfəlik qalmağı ağlımın ucundan belə keçirmədim.
Qovluğum, mühacirət arzusunda olan bir çoxlarının xəyal edə bilməyəcəyi qədər zəngindir. Yəni istədiyim ölkənin qapısını döyüb o qovluğu kimin qarşısına qoysaydım məni dərhal “repressiyalardan qaçan mühacir” kimi qəbul edərdilər. Amma mən bunu ağlıma gətirmədim heç zaman.
Ağlıma ona görə gətirmədim ki, bir sıra xarici ölkələrdə olduğu iddia edilən ideal yasamın öz ölkəmdə olmasını düşündüm.
Mən düşündüm ki, əgər Azərbaycanda nəsə öz yerində deyilsə, bunu biz düzəltməliyik.
Əgər bu ölkənin əyər-əskiyi varsa, buna görə sadəcə hakimiyyət başındakılar deyil, hər bir fərdimiz cavabdehdir.
Bu təfəkkürlə, bu ağılla Azərbaycandan daha bərk yapışdıq biz. Ümid etdik ki, bir gün düzələr.
Düzəldi də. Bu günün Azərbaycanı on illər bundan öncəki Azərbaycan deyil. Bu gün dünyaya tolerantlıq örnəyi ola biləcək bir ölkəmiz var.
Bu gün fərqli siyasi və ictimai kəsimdən olanların problemlərini masa arxasında rahat bir şəkildə müzakirə edə biləcəyi bir Azərbaycan var.
Bu gün ən kəskin fərqli fikirlərə belə ən ali hakimiyyət sahibinin dözümlü yanaşdığı bir ölkəyə sahibik biz.
Yəni bir zamanlar uğrunda çarpışdığımız, məhrumiyyətlərə dözdüyümüz ölkəni qura bilmişik biz. Kimimiz vəzifə başında, kimimiz də mənim kimi sıradan bir vətəndaş olaraq daşı daş üstünə qoyaraq belə bir sistem, belə bir mühit qurmuşuq Azərbaycanda.
Amma bir zamanlar öz canından başqa heç nəyin hayında olmadığı üçün bu ölkəni pis günündə qoyub qaçanlar yenə də yer-yerdən bizim kimi insanların üstünə gəlirlər.
İddia edirlər ki, Azərbaycanda Quzey Koreya, faşist Almaniyası kimi bir rejim varmış. Varmış da onlar minlərlə kilometr ötədən bunu görə bilirlər, bizsə tam da ölkənin içində olduğumuz halda bundan xəbərsizmişik!
Hə, kimsə iddia edə bilər ki, Azərbaycan ideal bir ölkə deyil. Razıyam, bəzi əyər-əskiyimiz var. Amma iddia edildiyi kimi “repressiv” bir ölkə də deyilik axı. Hətta bizi tənqid etməyi adətə çevirmiş bir çox Qərb ölkələrinə örnək olacaq durumumuz var bizim!
Kimsə özündən qəhrəman düzəltməsin! Bəzi istisnaları çıxmaqla hazırda özünü siyasi mühacir elan edənlərin hansı yollarla oralara gedib çıxdığını kim bilməsə də mən yaxşı bilirəm! Zaman vardı ki, mitinqlərdə bilərəkdən polislərə sataşıb şəklini çəkdirənlər olurdu ki, mühacirət etsinlər. İndi onların da səsi oralardan gəlir.
Məndən bir zamanlar saxta arayış istəyənlər olmuşdu, verməmişdim ki, axı Allahın olsun, sənə qarşı heç bir basqı yoxdur, niyə belə edirsən? İncimişdilər məndən ki, bu hakimiyyətə qahmar çıxırsan. Ən radikal müxalifətçilərdən olduğum dönəmlərdən danışıram.
İndi o adamlar da mənim kimilərini qınayırlar.
Onlara o zaman da izah etmişdim, indi də təkrarlamaq zorundayam ki, nə onda, nə də indi, əxlaq həddini aşmayan ən kəskin müxalifətçiyə belə bu ölkədə zaval olmayıb və yoxdur!
Amma kimə deyirsən?
Azərbaycanı dünyada tanıdacaq 1-ci Avropa Oyunları haqqında belə xoş sözümüz bu sözdə cəfakeş mühacirləri qıcıqlandırır!
İndi gəl də sual etmə ki, axı bu oyunların Azərbaycan xalqına nə zərəri var ki, onların haqqında belə xoş sözə dözə bilmirsiniz?
Mən bilirəm bunlar niyə belə edir. Onların dərdi odur ki, hazırda yaşadıqları ölkədə Azərbaycan haqqında mənfidən də mənfi rəy yaradıb yerlərini möhkəmləndirsinlər!
Hələ bəziləri bir az da irəli gedib antiAzərbaycan mərkəzlərdən bunun üçün pul da alırlar! Bəs nə? Axı Azərbaycan repressiv bir ölkədir, xalq əziyyət çəkir, demokratiya əldən gedib, mübarizə aparmaq, xalqı xilas etmək lazımdır. Bunlar belə iddia edirlər!
Amma biz deyəndə ki, bütün bunlar sizin xəyallarınızın məhsuludur, deyirlər ki, xəbəriniz yoxdur.
Aman, aman! Biz bu ölkədə bütün ictimai-siyasi proseslərin içində olan insanlar heç nəyi bilmirikmiş, bunlar, Avropa, Amerika pivəxanalarında conların süfrələrinin qırıntılarıyla baş girləyənlər hər şeyi bilirmiş!
Onlara inansaq, Bakıda küçəyə çıxmaq təhlükəlidir. Çünki adamı güllələyə bilərlər.
Yaxud da ölkənin hər tərəfində qırhaqırdır!
Susun barı, susun! Bu ölkənin pis günündə öz canınızın hayına qaldınız, atıb qaçdınız, indi də özünüzlə məşğul olun! Bu Azərbaycan sizin deyil, mənimdir! Dedim axı, ən pis günündə belə bu ölkəyə, sizdən fərqli olaraq, mən və mənim kimilər sahib çıxdı!

Bu xəbər oxucular tərəfindən 679 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |