Şrift:
Əhali Azərbaycan şəhərlərində yarımçıq qalmış projelərin tamamlanmasını tələb edir
15.05.2015 [14:24] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın əksər bölgələrində çoxsaylı proje büdcə yetərsizliyi səbəbindən uzun illərdir tikilib təhvil verilmir.
Mayın 20-də (ordibeheştin 30-da) İran prezidentinin Şərqi Azərbaycana səfərinin gözlənildiyi bir vaxtda, mətbuat Binab şəhəri əhalisinin istəklərini dərc edib. Məlumatda bildirilir ki, “Binab şəhərində bir çox yarımçıq qalmış proje var və onların çoxu uzun illərdir tamamlanmadığı üçün artıq tarixi əsərə çevrilməkdədir. Binab əhalisinin əsas istəyi yeni projelərin başlanmasından daha çox, yarımçıq almış layihələrin tamamlanmasıdır”.

Zəncan Şəhər Şurasının sözçüsü də bu şəhərdə işləri dayandırılmış və yarımçıq qalan projelərin tikilib təhvil verilməsini istəyib. Səid Ümidi Zəncan Bələdiyyəsinin bu məsələyə diqdət yetirməli olduğunu vurğulayaraq bildirib ki, yarımçıq qalmış projelər Zəncan şəhərinin görkəminə mənfi təsir edib.

Şura sözçüsü sözü gedən layihələrin tamamlanmasını əhalinin əsas istədiyi olduğunu da xüsusi vurğulayıb. O bir neçə yarımçıq qalmış projenin adına işarə edib və onların 10 ildən çoxdur tikilib təhvil verilmədiyini bildirib.

S.Ümidi əlavə edib ki, şəhərdə kifayət qədər problem yaradan projelərin tikilib təhvil verilməsində artıq gecikmək olmaz.
Bu xəbər oxucular tərəfindən 684 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed