13.01.2012 [15:03] - Mədəniyyət
Bəstəkarlar İttifaqının ilk sədrinin acı taleyi olub…
Azərbaycan Bəstəkarlar İttifaqının ilk sədri Asan Refatov olub. Əli Şamilin bu mövzuda araşdırması ciddi maraq kəsb edir. O, bildirir ki, Azərbaycan Bəstəkarlar İttifaqının ilk sədrinin adı və soyadı qaynaqlarda Asan Refatov, Həsən Rüfətov və Qasan Rıfatov kimi yazılır. Bugünkü oxucuya Azərbaycan Bəstəkarlar İttifaqının ilk sədrinin tatar olması qəribə görünər: «Çünki elm, ədəbiyyat, incəsənət, eləcə də ictimai-siyasi xadimlərimiz arasında tatarlar yoxdurlar, olanlar da aparıcı mövqedə deyillər. Yaxın keçmişimizdə isə Bəkir Çobanzadə, Xeyri Əliyev, Fatma Qədiri, Əziz Ubaydullin, Abdulla Şərifov, Həsən və Əli Terequlovlar, Mərziyə Davudova və başqaları ən tanınmış, nüfuzlu Azərbaycan ziyalıları sayılırdılar. Heç kim də onların tatar olduqları halda Azərbaycanda işləmələrinə, şan-şöhrət qazanmalarına təəccüblənmirdi. Krımdan, Kazandan, Həştərxandan, Səmərqənddən, İstanbuldan və başqa şəhərlərdən ziyalılar gəlib Azərbaycanda jurnalistlik, müəllimlik, aktyorluq, mühəndislik fəaliyyəti göstərdikləri kimi, Əlibəy Hüseynzadə, Əhmədbəy Ağaoğlu, Seyid Rza Əlizadə, Məhəmməd Əmin Rəsulzadə və başqaları da Türkiyədə, İranda, Özbəkistanda və s. ölkələrdə qəzetlər açır, teatr tamaşaları təşkil edir, müəllim, həkim, mühəndis vəzifələrində işləyirdilər».
Azərbaycanda ali təhsil alan, işləyən, musiqi əsərləri yaradan və Bəstəkarlar İttifaqının sədri vəzifəsinə yüksələn Asan Refatovun atası Mamut ağa yalnız yaşadığı Bağçasarayda deyil, bölgədə də bilikli, yenilikçi, vətənpərvər bir insan kimi tanınırdı: «Elə buna görə də onu 1890-cı illərdə qurulan «Kaytaz ağanın üsuli-cədid (yeni üsul) məktəbi»nə işləməyə dəvət etdilər. Mahmud ağa uşaqlara dərs deməklə kifayətlənmir, gözəl santur çalan olduğundan uşaqlara da musiqi alətlərində çalmağı öyrədirdi. 1902-ci ilin dekabrın 19-da Mamut ağanın ailəsində dünyaya göz açan oğlana Asan adi verdilər. Atası qamışdan düzəltdiyi musiqi alətlərini 3-4 yaşlı oğluna verir. Bu oyuncaq kiçik Asanın ömür yolunu müəyyənləşdirir. Asan ilk təhsilini atasının dərs dediyi məktəbdə alarkən qardaşları və qonşuların uşaqları ilə birlikdə kiçik musiqi proqramı hazırlayır. Bir az böyüdükdən sonra simli instrumental alətlərdə, hətta pianinoda çalmağı öyrənir. İlk notu kaman (skripka) çalan böyük qardaşı Midatdan alır».
Asan böyük qardaşı Midatdan çox öyrənsə də, onun solçu fikirlərini ilə razılaşa bilmir: «Bağçasarayda İdadiyə məktəbi adı ilə tanınan gimnaziyada oxuyanda Asan milli musiqini nota köçürməklə kifayətlənmir, «La Traviata», «Aida», «Karmen» operalarının və rus bəstəkarlarının klassik əsərlərinin partiyalarını yazıb özünün təşkil etdiyi orkestrdə çaldırır. 16-17 yaşlı yeniyetmənin musiqini nota köçürməsi, orkestri ustalıqla idarə etməsi, müxtəlif musiqi alətlərində, xüsusən də klarnetdə gözəl çalması yalnız yerli tatarların deyil, buraya dincəlməyə gələn qonaqların da diqqətini cəlb edir. Bu səbəbdən Bağçasarayda təşkil edilən bayram şənliklərinə, müxtəlif məclislərə həmişə onu dəvət edirlər. Bağçasarayda dincəlməyə gələn musiqiçilərin çıxışları, xüsusən Azərbaycandan gedən teatr və musiqi dəstələri Krım türkləri tərəfindən sevinclə qarşılanırdı.
Krımlı aydınlar, iş adamları Moskva, Peterburq şəhərlərinə, Avropa ölkələrinə səfərləri zamanı orada opera və simfonik orkestrlərinin konsertlərinə gedirdilər. Millətin mədəni inkişafına bu tədbirlərin güclü təsir göstərdiyini görürdülər».
1908-ci ildə Bakıda Üzeyir Hacıbəyovun «Leyli və Məcnun» operasının tamaşaya qoyulması nəinki Rusiyadakı türk-müsəlmanları, eləcə də Şərqin bir çox xalqlarını həyəcanlandırmışdı: «Krım tükləri də Azərbaycanlıların teatr və opera tamaşaları ilə tanış idilər. Krım türkləri «Çorabatır» xalq dastanı ilə qürur duyurdular. Tanınmış ziyalı, tarixçi-etnoqraf Osman Nuri Akçokraklı (1879-1938) nəinki tatarlar, qıpçaq türkləri arasında da məşhur olan «Çorabatır» mövzusunda opera yazmağı Asan Refatova məsləhət görür. Onda Asan gimnaziyanı yenicə bitirmiş, musiqi təhsili olmayan 18 yaşlı bir gənc idi. Ona libretto yazmaqda, orkestr yaratmaqda və s. işlərdə kömək edəcək başqa birisi də yox idi. Belə bir durumda operanın librettosunu yazmaqda şair, dramaturq Osman Nuri Akçokraklı gənc Asana yardımçı olur. Asan bu işin ağırlığını anlasa da, vətəndaşlıq borcunu yerinə yetirməyə çalışır. Milli musiqidən yararlanaraq klarneti əsas götürüb ilk Krım tatar operasını yazmağa başlayır. Vrangelin rəhbərlik etdiyi rus hərbçiləri -ağqvardiyaçılar milli azadlıq hərəkatında fəal iştirak edən, bolşeviklərin «Müsəlman seksiyası»nin rəhbəri təyin etdikləri Midat Refatov və Xasan Urmanovu əqidə yoldaşları Reşit Asanov, Useyin Sakayev, Abdulla Baliçiyev və Yevgeniya Jiqalinlə birlikdə 1920-ci ilin aprelin 21-də güllələyirlər. Bölgədə böyük qarışıqlıq baş verir. Krım savaş meydanına çevrilir və təsərrüfat tamam dağılır. 1921-ci ildə bölgəni böyük aclıq bürüyür və Asan ağır xəstələnir. Bu da «Çorabatır» üzərində işin yubanmasına səbəb olur.
Asan 1922-ci ildə Ağməsciddəki (Simferopol) Totaykıy Tatar Texnikumunda musiqi müəllimi kimi işə başlayır. Az zamanda burada nəfəsli orkestr təşkil edir. Gündüzlər dərs deyib, gecələr yeni musiqi əsərləri yazan Asan Refatov qısa zamanda «Totaykıy marşı», Bəkir Çobanzadənin şeirinə «İgid marşı», Şevki Bektörənin şeirinə «Qış günündə diləyim», Umer Ipçinin şeirinə «Gənc bülbülcük» mahnılarını, eləcə də «Leyli və Məcnun», «Tahir-Zöhrə» dramlarına, A.S.Puşkinin «Bağçasaray çeşməsi» poeması əsasında hazırlanmış tamaşaya da musiqi yazır».
Evində pianosu belə olmayan gənc bəstəkar klublardakı, məktəblərdəki alətlərindən faydalanaraq tamaşalara musiqi yazmaqla kifayətlənmir, yarımçıq qalmış «Çorabatır» operasını bitirir: «Bir çox əngəllərə, musiqi alətləri, peşəkar kadrlar, dekorlar və s. qıtlığına baxmayaraq 3 pərdəli, 6 şəkilli opera 1923-cü ilin sentyabrında Akməsciddəki (Simferopol) Qızıl Əsgər Klubunda tamaşaya qoyulur».
Asan Refatov 1926-ci ildə musiqi təhsili almaq üçün Azərbaycana gəlir, Bakı Konservatoriyasının bəstəkarlıq və dirijorluq fakültəsində təhsil alır: «Üzeyir Hacıbəyovla yaxından tanış olur və onun yaradıcılığını dərindən öyrənir. 1928-ci ildən etibarən konservatoriyanın nəzdindəki musiqi texnikumunda nəzəriyyədən dərs deməyə başlayır. Tələbələri arasından Qara Qarayev, Cövdət Hacıyev, Tovfiq Quliyev, Səid Rüstəmov kimi tanınmış bəstəkarlar yetişir. Konservatoriyanın tələbəsi olan, texnikumda dərs deyən Asan eyni zamanda yaradıcılığını da davam etdirir. Kiçik həcmli əsərlərlə yanaşı, tamaşalara da musiqi yazır. 1931-ci ildə o, konservatoriyaya prorektor təyin edilir. 1934-cü il onun həyatda yüksəlişinin ən yüksək nöqtəsi olur. Həmin ilin iyunun 30-da keçirilən təsis iclasında 32 yaşlı Asan Azərbaycan Bəstəkarlar İttifaqına sədr seçilir».
Krım Mərkəzi İcraiyyə Komitəsi Asan Refatovu 1935-ci ildə vətənə dəvət edir. Ancaq Asan Refatova işləmək və yaradıcılıqla məşğul olmaq üçün lazımı şərait yaradılmır. Yalnız Azərbaycanda deyil, SSRİ-nin əksər şəhərlərində gedən bu dindirmələrdən Krımda yaşayan millətçilər kənarda qala bilməzdilər. 1937-ci ilin aprelin 27-də Asanı və qardaşı Refatı burjua milliyyətçisi və xalq düşməni adı ilə tutub bütün əsərlərini müsadirə etməklə kifayətlənmir, 1938-ci ilin avqustun 8-də ataları 78 yaşlı Mamutu da həbs edirlər.
Professor Bəkir Çobanzadə 1937-ci ildə müstəntiqlər tərəfindən dindirilərkən Sovet hökumətinə qarşı mübarizə aparmaq üçün 5 qrup yaradıldığını söyləyir. Bu qrupların biri Bakıda oxuyan krımlı tələbələrdən ibarət imiş. Qrupa Bəkir Çobanzadə rəhbərlik edirmiş. Onların arasında Kürkçü Hüseyn, Toplu Osman, İsmayıl Ametov, Enan Abdürrahman, Ağmolla Tanabəyli, Tarki Zəki və başqaları ilə yanaşı, Krımda – Simferopolda müəllim işləyən Reşid və Asan Refatovun da adı çəkilir. Bu həbslərlə də Refatov ailəsindən əl çəkilmir. Təqib və təzyiqlərə dözməyən anası Fatma Refat 1943-cü ildə ağır xəstəlikdən vəfat edir. Bir il sonra isə bacıları Ayşə Refat Özbəkistana sürgünə göndərilir. Beləliklə, Krımda maarif və mədəniyyət yayan bir ailənin yaşamasına da rus müstəmləkəçiləri son qoyur. Bu ailəni Azərbaycanla bağlılığı isə hələ tam aydınlaşmayıb. Belə ki, fəal bolşevik olan Midat Refatovun Azərbaycana gələrək milli dəyərləri, türk birliyini təbliğ edən «Şəlalə» jurnalının (19.01.1913-21.03.1914) nəşrinə yardımçı olduğunu yazırlar. Bu ailəyə yaxın olan, Asan Refatovla bir neçə əsər tamaşaya hazırlayan Osman Akçokraklı 1934-cü ildə millətçilikdə ittiham edilərək pedaqoji institutdan qovulub təqib ediləndə Bakıya bacısının yanına gəlir. Bütün bunlar onu göstərir ki, Asan Refatov musiqi təhsili almağa gəlməzdən əvvəl də ailənin Azərbaycana sıx bağlantısı varmış. Təəssüf ki, bu insanın xidmətləri lazımınca qiymətləndirilməyib və fəaliyyəti öyrənilib, təbliğ edilməyib».

Bu xəbər oxucular tərəfindən 1960 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |