16.05.2015 [10:22] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Amerika Birləşmiş Ştatları (ABŞ) Nümayəndələr Palatası Konqresə İranla nüvə müzakirələrində ərsəyə gələcək son müqaviləyə təsdiq və ya rədd haqqı verən layihəni yekdilliklə qəbul edib.
400 leyhinə, 25 əleyhinə nisbətilə qəbul edilmiş qanun imzalanmaq üçün Ağ Evə göndərilib. Administrasiya bəyan edib ki, Barak Obama bu qanunu imzalayacaq.
Qeyd edək ki, Obama əvvəl nüvə müzakirələrinin davam etdiyi bir zamanda Konqresin İranla bağlı hər hansı bir layihə qəbul etməsinə şiddətlə qarşı çıxmışdı, amma sonra iki partiyanın – Demokratlar və Respublikaçılar partiyalarının da razılaşacağı təqdirdə hazırlanan yeni versiyanı dəstəkləyəcəyini bildirmişdi. Buna görə Barak Obamanın bu layihəni təsdiqləyib imzalaması gözlənilir

Bu xəbər oxucular tərəfindən 722 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |