16.05.2015 [11:23] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
ABŞ prezidenti zirvə toplantısında ərəb liderlərini bir daha əmin etməyə çalışıb ki, İran ilə əldə olunacaq nüvə razılığı onların Vaşinqtonla əlaqələrinə təsir göstərməyəcək.
Barak Obama ABŞ-ın körfəz liderləri qarşısındakı təhlükəsizlik öhdəliklərinə sadiq qalacağını vurğulayaraq, İran və ya digər ölkələrdən onlara qarşı hər hansı bir təhlükə yaranarsa hərbi müdaxilənin nəzərdən keçiriləcəyini deyib.
Kemp Deviddəki prezident iqamətgahında keçirilən zirvə toplantısına Körfəz Əməkdaşlıq Şurasının altı üzvü, Səudiyyə Ərəbistanı, Küveyt, Qətər, Bəhreyn,Oman və Birləşmiş Ərəb Əmirliklərinin liderləri qatılıb.
Sünni körfəz dövlətləri Vaşinqtonun İranla apardığı nüvə proqramı danışıqlarının şiə ölkələrin regionda aqressiv gücünü artıracağından narahatdır.

Bu xəbər oxucular tərəfindən 748 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |