01.10.2011 [13:06] - Gündəm
Ölkə ərazisində qeyri-sabit hava şəraiti oktyabrın 4-dək davam edəcək
Azərbaycana ilk qar yağıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun şöbə rəisi Gülşad Məmmədovanın verdiyi məlumata görə, ilk qar Quba rayonunun Xınalıq kəndinə düşüb. Qar örtüyünün qalınlığı 3 sm təşkil edib.
G. Məmmədova deyib ki, dünən Azərbaycanın əksər bölgələrində qeyri-sabit hava şəraiti hökm sürüb, şimşək çaxıb, yağış yağıb, əksər bölgələrdə yağıntılar lokal leysan xarakteri daşıyıb. İntensiv yağıntıların bu gün də davam edəcəyi gözlənilir.
G. Məmmədova deyib ki, ölkə ərazisində qeyri-sabit hava şəraiti oktyabrın 4-ü səhər saatlarına qədər davam edəcək.

Bu xəbər oxucular tərəfindən 1123 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |