13.01.2012 [15:42] - Gündəm
ABŞ İRANA BENZİN SATAN 3 ŞİRKƏTƏ SANKSİYA QOYUB
ABŞ Dövlət Departamenti İrana qarşı beynəlxalq sanksiyaları pozaraq bu ölkəyə benzin satan 3 neft şirkətinə sanksiya qoyub.
ABŞ-ın sanksiyalarına məruz qalan neft şirkətləri Sinqpurun “Kuo”, Çinin “Juhai Jenronq” və Birləşmiş Ərəb Əmirliklərinin “Fal” şirkətləridir.
Dövlət Departamentinin bəyanatında deyilir: “Qəbul edilmiş yeni sanksiyalara əsasən, bundan sonra bu üç şirkət Amerikanın ixracat lisenziyalarını almaqdan məhrum edilir, onlara bank xidmətləri göstərilməsinə və ABŞ maliyyə müəssisələrindən onlara 10 milyon dollardan artıq kredit verilməsinə qadağa qoyulur”.

Bu xəbər oxucular tərəfindən 973 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |