Şrift:
Gürcüstanda yaşayan Azərtük məktəblərində tədris olunan tarix fənni.
16.05.2015 [18:45] - Gündəm, Borçalı
Gürcüstan Respublikasında yaşayan ibtidai siniflər üçün tədris fənni olan “Vətənimizin salnaməsi” adlı V sinif dərs vəsaiti orada yaşayan soydaşlarımıza qarşı necə bir missiya daşıdığı məlumdur.
Bu dərs vəsaitinin elə üz qabığından bəllidir ki, içində nədən bəhs olunacaqdır. Kitabın əvvəlində onuncu səhifədən başlayaraq arxeoloji uydurma ilə göstərirlər ki, “ilk avropalı” kəllə sümüyünə əsasən antrapoloji baxımdan indiki Gürcüstan ərazisində bütünlüklə qədim gürcülər yaşamışlar. Sonra ölkə ərazisini öz istədikləri kim əyalətlərə bölüb : Dmanisi, kolxida, iberiya və s. adlandırırlar. Qəribə burasıdır ki, bilərəkdən, ya bilməyərəkdən Qədim Gürcüstanın xəritəsində qonşu dövlət kimi “Qədim Ermənistan” la da həmsərhəd olduğu göstərilir. Bu “Qədim Ermənistan”ın ərazisində Qərbi Azərbaycan da yoxa çıxır və qarşıda duran isə söz yox ki, xristian missyasından başqa bir şey deyildir...
Gürcüstanda yaşayan Azərtük  məktəblərində tədris olunan tarix fənni.

Gürcüstanda yaşayan Azərtük  məktəblərində tədris olunan tarix fənni.

Sonra kitabı vərəqlədikcə mövzu başlıqları da ardıcıl olaraq ancaq doğru-yalan gürcü dövlətçiliyi və milli mübarizə tarixinin xronoloji düzülüşü ilə başa çatır... Məqsəddən aydın olur ki, Ggürcüstanda yaşayan türksoylu insanların Gürcüstan ərazisinə na vaxtsa kənardan gəlməsini orada yaşayan azərtürklər qəbul etsinlər.
Kitabda qədim dövrlərdən bu yana şifahi, yazılı, hətta avropa tarixçi və arxeoloqların elm xatirinə təsdiq etdikləri Türk toponim, hidronim, etnonim adları da gürcüləşdirilib. Ümumiyyətlə, Gürcüstanda hələ eradan əvvəlki dövrlərdən ata-baba yurdlarında yaşayan türksoylu insanların öz tarixlərini düzgün bilməsini yayındıran belə qondarma yazı vəsaitləri ancaq mono millətçilyə xidmət edir. Bundan əlavə, Kiçik Qafqaz coğrafi xəritəsində qədim dövrlərə aid dövlətçilik məlumatlarında gürcü tarixçi alimləri öz saxta tarixləri ilə bərabər erməni tarixini də qoşquya alması tarixə ən ədalətsiz yanaşmadır.
Bir inkarolunmaz tarixi həqiqət var ki, gürculər bizim eranın 30-40-cı illərində Roma sərkərdəsi Pompeyin ordusunda İspaniya ərazisindən gələn iber, meğrel tayfaları olmuşlar... Pompeyin ordusu albanlar tərəfindən darmadağın edildikdən sonra əsirlikdə qalan həmin iber, meğrel tayfalarından olan əsgərlərə azadlıq veriləndən sonra onlar indiki Gürcüstan ərazilərinə səpələnənərək məskunlaşmışlar... Bu haqda istənilən qədər tarixə aid elmi məqalələr, arxeoloji, poleoqrafik mənbələr var...
Kitabda ən böyük səhvlərdən biri olan qədim dövrə aid olmayan erməni dövlətini göstərən siyasi xəritəni sizə təqdim edirik.

Milli Dirçəliş Hərəkat partiyası sədrinin
mədəniyyət üzrə müşaviri Niftalı Göyçəli
Bu xəbər oxucular tərəfindən 1745 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed