Şrift:
Bir qrup alman deputat və səfir Göygöldə olub
16.05.2015 [19:15] - Gündəm, Diaspor
Azərbaycanda səfərdə olan Almaniya Bundestaqının bir qrup deputatı və Almaniyanın ölkəmizdəki səfiri Tempel Haydrun Göygöldə olub.

Kəpəz TV (Region TV) xəbər verir ki, Almaniya-Cənubi Qafqaz parlamentlərarası dostluq qrupu “XIX əsr Alman İcmasının Tarixi Muzeyi”nin yaradılması konsepsiyasını təqdim edib. Qonaqlar vaxtilə ata-babalarının yaşadıqları rayonla yaxından tanış olublar. XVIII əsrdə almanlar tərəfindən inşa edilən, indi isə tarix-diyarşünaslıq muzeyi kimi fəaliyyət göstərən Lüteran kilsəsində keçirilən görüşdə qonaqlara rayonun mədəni həyatı, insanları, eləcə də iqtisadiyyatı barədə ətraflı məlumat verilib.

Sonra musiqi kollektivlərinin çıxışı olub. Qonaqlar Göygöl şəhərində yaşamış sonuncu alman Viktor Klaynın ev-muzeyinə də baxıblar.

Layihənin rəhbəri Yeva Mariya Aux deyib: "Bu gün bizim üçün bayramdır. Alman irsini tanıtdırmaq üçün bir neçə il çalışdıq və Mədəniyyət Nazirliyinin dəstəyi ilə bu gün buna nail olduq”.
Bu xəbər oxucular tərəfindən 1007 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed