Şrift:
Traxtur Klubunun rəsmisi: Traxtur Klubununun başını kəsdilər...!
17.05.2015 [13:01] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbrizin “Traxtur” futbol klubunun nəzarətçisi “Traxtur”-la “Neft” müsabiqəsində baş verən iyrənc ssenariyə sərt şəkildə reaksiya verib.
Əyyub Zülfiqari Behrəvanın –“Traxtur” tərəfdarları qanunu pozublar və ona görə də cərimə olunmalıdılar- sözünə sərt cavab verib: “Hansı cərimə?! Çempionluqdan məhrum edilməkdən daha böyük cəriməmi var? Biz heç bir cərimədən qorxmuruq. Əgər cərimə etmək istəsələr bütün Federasyon cərimələnməlidir. Builki super liqada “Traxtur”-un başını kəsdilər...”

Ə.Zülfiqari əlavə edib ki, “Andranik Teymuriyanı oyundan çıxardılar, halbuki, Teymuriyan onu haqq etmirdi. Fəğaninin ona birinci sarı kart göstərməsi də yalnış idi. Super liqa rəqabətlərinin 25-ci həftəsində “Sepahan”la müsabiqədə bizim haqqımız alındı. “Perspolis”-lə “Sepahan” oyununda da “Sepahan”-ın xeyirinə rəy verildi. “RahAhən-Sepahan” müsabiqəsində isə Fərhad Kazimi qalib gələcəklərinə dair açıqlama verdi, lakin yenə də 3 qol ilə məğlub oldular. Aydın məsələdir ki, “Sepahan”-ın çempion olmasını istəyirdilər.”

“Traxtur” klubunun rəsmisi Fəğaninin hakimliyinə də etiraz edib: “Bu oyunda hakimlik bərbad vəziyyətdə idi. Nə üçün Torkini hakim etmədilər? Nəyə görə o “İstiqlal” üçün 3 dəfə hakim ola bilər, ama bizim komandaya ola bilməz! Fəğani dəfələrlər göstərib ki, “Traxtur”-un əleyhinə hakimlik edir. O bizim dördüncü penaltimizi də görmədi!”
Bu xəbər oxucular tərəfindən 771 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed