Şrift:
Obamadan Xamneyiyə məxfi məktub
13.01.2012 [16:47] - Gündəm
ABŞ prezidenti Barak Obama gizli kanallarla İranın ali dini lideri Əli Xamneyiyə məktub göndərib.

Məktub ABŞ və Avropa Birliyinin İran neftinin idxalına qadağa qoymaq niyyətinə cavab olaraq Tehranın Hörmüz boğazını bağlayacağını bəyan etməsindən sonra göndərilib.

Barak Obama məktubunda yazıb ki, Hörmüz boğazı ABŞ üçün qırmızı cizgidir və İran donanması belə bir addım atmaqdan yayınmalıdır.

”New York Times” İranın ali dini liderinin ABŞ prezidentinə cavab verib-vermədiyi barədə məlumat əldə edə bilmədiyini yazıb.

Bu arada Əli Xamneyi iki gün əvvəl İranın nüvə proqramında çalışan atomçu-fizik Mustafa Əhmədi Ruşenin Tehranda öldürülməsinə görə İsrailin MOSSAD və ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin məsuliyyət daşıdığını bəyan edib.
Bu xəbər oxucular tərəfindən 1177 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed