18.05.2015 [10:24] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
May ayının 16-da Bakıda İranın səfirliyi qarşısında bir qrup gəncin etiraz aksiyası keçirilib. Güneyli soydaşlarımızın səsinə səs vermək məqsədilə keçirilmiş aksiya Milliyyətçi Gənclər Təşkilatı tərəfindən gerçəkləşdirilmişdir. Təşkilatın İdarə Heyətinin üzvü Müşfiq bəy bildirib ki, "Milliyyətçi Gənclər Təşkilatı olaraq dünən İran İslam Respublikası səfirliyi qarşısında etiraz aksiyası keçirildi və İran səfirliyinə etiraz məktubu verildi. Etdiyimiz etiraz bəsit futbol oyunu nəticəsinə,Traxtor klubunun çempion ola bilməməsinə görə deyil,əlbəttə. 200 ildir fars şovinizminin əsarətində min bir haqsızlığa məruz qalan, milli hüquqları tapdanmış məzlum soydaşlarımız son futbol olayından sonra rejim tərəfindən növbeti amansızlığa məruz qaldı bildiyiniz kimi. Hələ də ölənlərin dəqiq sayı bəlli deyil. Onlarla yaralanan, həbs edilən Güney azərbaycanlının isə aqibəti bəlli deyil. Bizim etirazımız güneyli soydaşlarımızın boğdurulan səsinə səs verməkdi. Dəstəyimiz hər zaman da davam edəcək"
Bu xəbər oxucular tərəfindən 582 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |