Şrift:
Azərbaycan idmançıları batut gimnastikası üzrə beynəlxalq turnirdə medallar qazanıblar
18.05.2015 [12:11] - Gündəm, İdman
İsveçin Qeteborq şəhərində batut gimnastikası üzrə “Frivolten Cup” adlı beynəlxalq turnir yekunlaşıb.

Azərbaycan Gimnastika Federasiyasından bildiriblər ki, Azərbaycan idmançıları bu yarışda uğurla çıxış edərək 3 medal qazanıblar. İdmançımız Dmitriy Fedorovskiy ikili minitrampda bürünc medal əldə edib. O, həmçinin özünü fərdi çıxışda nümayiş etdirərək fəxri kürsünün ikinci pilləsinə yüksəlib.

Qadınlar arasında fərdi çıxışda isə Sabina Zaytseva öz çıxışını səhvsiz yerinə yetirərək Azərbaycan yığmasının hesabına 1 gümüş medal yazdırıb.

Parallel olaraq, İsveçrənin Jenevrə şəhərində keçirilən akrobatika gimnastikası üzrə Dünya Kubokunda, qadın qrupu – Lalə Hüseynova, Aynur Hüseynova və Nərmin Ramazanova iştirak edib. Azərbaycan gimnastları finala yüksələrək, 5-ci yerdə qərarlaşıblar.
Bu xəbər oxucular tərəfindən 721 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed