19.05.2015 [10:05] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın dini lideri ayətullah Əli Xamneyinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti mayın 17-də jurnalistlərə açıqlamasında Qərblə aparılan nüvə danışıqlarından və Amerikanın hərbi təhdidindən danışıb.
Əli Əkbər Vilayəti deyib ki, Amerika rəsmilərinin İrana qarşı ziddiyyətli bəyanatlar səsləndirməsi və hərbi təhdidləri nüvə danışıqlarının indiki prosesinə mənfi təsir göstərə bilər: “Bu gün Amerika fövqəldövlət xülyalarında seyr edən bir Don Kixota çevrilib və öz keçmişinə söykənərək başqalarını təhdid edir. Hesab edirik ki, amerikalılar indiki üsullarından əl çəkməli, təhdidlərini dayandırmalı və siyasi ikiüzlülüklə öz hədəflərinə nail olmağa çalışmamalıdır.
ABŞ prezidenti bir tərəfdən deyir ki, o, nüvə razılaşmasına qarşı Konqresdə qəbul ediləcək hər bir qərara veto qoyacaq, digər tərəfdən də Konqresdə razılaşma prosesinə zidd hər hansı bir layihə qəbul edilməsi ilə razılaşır. Əgər Amerika rəsmilərinin bu ziddiyyətli bəyanatlarına təhdidlərini də əlavə etsək, bunun əsas nəticələrindən biri aparılan danışıqların təhlükəyə düşməsindən ibarət olacaq. Bir sözlə, Amerikanın İranı hərbi baxımdan təhdid etməsi əsas müzakirələri təhlükəyə sala bilər”.

Bu xəbər oxucular tərəfindən 719 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |