Şrift:
Müsabiqənin nəticəsinin dəyişəcəyi ilə bağlı ziddiyyətli məlumatlar!
19.05.2015 [10:36] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
“Traxtur-Neft” müsabiqəsi və “Traxtur”un çempionluğuna qarşı həyata keçirilən ssenarinin araşdırılması və
onun müsabiqənin nəticələrinə ola biləcək təsiri barədə ziddiyyətli məlumatlar yayılır.

Futbol Federasyonunun baş katibi (dəbir-i koll) müsabiqənin nəticəsinin dəyişməsi ehtimalından danışır.

Əlirza Əsədi bildirib ki, “bu məsələdə Azərbaycan əhalisinə zülm olub və haq sahibi haqqına çatmalıdır. Biz bu hadisəni yaradanları araşdırırıq, onlar öz cəzalarını almalıdılar.”

O “Nəticənin dəyişməsi ehtimalı varmı?!” sualına belə cavab verib: “Hər ehtimal var. Biz sənədləri toplayıb və iclas keçirməliyik. Sonra bu barədə qərar vermək olar. Əgər kimsənin haqqı pozulubsa, onun haqqı qaytarılmalıdır.”

Futbol Federasyonunun rəisi isə fərqli danışıb. Əli Kəffaşiyan bildirib ki, “belə bir söhbət gəzir ki, oyunun son dəqiqələri təkrar keçirilməlidir. Bu ola bilməz! Bilmirəm bu sözlər hardan çıxır. Oyun qurtarıb və qanuna görə “Sepahan” komandası çempion olub. Heçnə dəyişə bilməz. Lakin “Traxtur-Neft” oyununda qanunu pozanlar öz cəzalarını alacaq.”

Federasyon rəisi əlavə edib ki, “mən stadiona daxil olarkən internet və mobil telefonları kəsilmişdir. Bu məsələ aydınlaşmalıdır. Lakin “Traxtur-Neft” müsabiqəsinin nəticəsi dəyişməyəcək.”
Bu xəbər oxucular tərəfindən 699 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed