19.05.2015 [13:23] - Gündəm, Hadisə
Bakının Azadlıq prospektində 16 mərtəbəli binada güclü yanğın baş verib.
Hadisə yerinə FHN əməkdaşları cəlb olunub. Binanın üzlüyü alışıb.
Bakı şəhəri, Binəqədi rayonunda yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.
Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb.
Yanğının söndürülməsi davam edir. Əlavə məlumat veriləcək.
XXX
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Trend-ə verilən məlumata görə, "Azadlıq" prospektində yerləşən binada baş verən yanğın nəticəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
Sürücülərə alternativ olaraq Şövkət Məmmədova küçəsindən istifadə etmələri tövsiyə olunur.
XXX
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Trend-ə bildiriblər ki, baş verən yanğınla bağlı çoxlu sayda briqada hadisə yerinə cəlb olunub.
10-dan artıq təcili yardım maşını hadisə yerindədir.
Yanğın zamanı xəsarət alanlar və ölənlər barədə hələki məlumat yoxdur.
XXX
Trend-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğının söndürülməsinə bir helikopter də cəlb edilib. Hadisə yerində 10-dan artıq yanğınsöndürən maşın var.
XXX
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Trend-ə bildirib ki, yanğın nəticəsində biri azyaşlı olmaqla 2 nəfər ölüb. 15 yaralı isə qeydiyyata alınıb. Xəsarət alanların 7-si Kliniki Tibbi Mərkəzin Taksikologiya Şöbəsinə yerləşdırılıb.
Hazırda hadisə yerində təcili yardımın 30 briqadası işləyir.
XXX
Azərbaycanın daxili işlər naziri və baş prokuroru Bakıda yanğın baş verən əraziyə gəlib.
Trend-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, daxili işlər naziri Ramil Usubov, baş prokuror Zakir Qaralov və fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev yanğın baş verən ərazidədirlər.
Zakir Qaralaov hadisə yerində olan jurnalistlərə bildirib ki, yanğın nəticəsində 4 nəfər ölüb, 15 nəfər yaralanıb.

Bu xəbər oxucular tərəfindən 1055 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |