Şrift:
İrqçi Futbol Federasyonunun xiyanəti sübut olunur (video)
20.05.2015 [10:08] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Mayın 15-də (ordibeheştin 25-də) keçirilən “Traxtur-Neft” müsabiqəsinin nəticəsi İranın bu ilki super liqa rəqabətlərinin çempionunu müəyyənləşdirməli idi. Və bu müsabiqədə “Traxtur” çempion oldu, lakin oyunun sonlarında Futbol Federasiyası tərəfindən “Traxtur”un baş məşqçisi və oyunçularına deyilən yalan məlumat “Traxtur” oyunçularını hücumdan müdafiəyə yönəltdi. Oyunun birinci hissəsi 2:1 hesabı ilə Traxturun xeyirinə başa çatdı. İkinci hissədə isə durum dəyişdi və müsabiqə 3:3 hesabı ilə sona çatdı. Müsabiqə bitincə bütün “Traxtur” tərəfdarları meydançaya daxil olub və öz sevinclərini paylaşdılar. Lakin oyununun sonuna 8 dəqiqə qalmış yayılan şayiə yalan çıxdı və bildirildi ki, İsfahanda “Sepahan-Saypa” müsabiqəsi deyilən kimi 2:2 deyil, 2:0 hesabı ilə “Sepahan”ın xeyirinə yekunlaşıb və nəticə etibarı ilə “Sepahan” super liqanın çempionu olub. Bu xəbəri təəccüblə qarşılayan “Traxtur” tərəfdarları artıq planı anlayıb və etirazlara başladılar.
Aşağıdakı videoda bütün bunlar etiraf edilir. Davam.az GünAz TV-nin fars dilində yayımladığı videonu təqdim edir:

Bu xəbər oxucular tərəfindən 640 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed