Şrift:
Fazil Mustafa: -Hətta Sovet rejimi də bu qədər həyasızlıq etməmişdi
20.05.2015 [11:42] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Millət vəkili Fazil Mustafa öz facebook səhifəsində "Traxtor-Neft" qarşılaşmasında molla rejiminin qurduğu xəyanət və bununla bağlı baş verən olaylara münasibət bildirib. Davam.az həmin statusu təqdim edir:

"Gözlənildiyi kimi, İran futbol çempionatında Təbrizin "Traktorsazi" komandasının çempion olmaması üçün İran hakim dairələri bütün fırıldaqları işə saldı. Aldığım məlumata görə, son turda digər bir favorit olan İsfahan komandasının hesabının bilinməməsi üçün stadionda internet tamamilə kəsilib, yalandan İsfahan komandasının məğlub olması barədə informasiya verilib.

"Traktorsazi"nin aparıcı oyunçusuna qırmızı kart verildi və doğma stadionda hesab bərabərə qaldı.

Təbriz klubunun oyunçuları heç-heçənin kifayət etdiyini düşünərək sonluqda risqə getmədilər.

Oyun başa çatanda isə bəlli oldu ki, İsfahan komandası qalib gəlib və çempion olub. Demək ki, bir Azərbaycan komandasının çempion olması İran rejimi üçün ən arzuolunmaz bir hadisə olacaqdı.

Hətta Sovet rejimi də bu qədər həyasızliq etməmişdi. Gürcüstanın, Ukraynanın, Belorusyn komandaları da çempion ola bilirdi. Bu gün Rusiyada türk komandası olan "Rubin" də çempion ola bildi. Yəni bu qeyd olunanlar İranda şovinzmin ən son nümunələrindən sayıla biləcək bir faktdır."
Bu xəbər oxucular tərəfindən 751 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed