20.05.2015 [14:34] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Bakıda baş tutacaq I Avropa Oyunları dövründə ölkəmizə on minlərlə xarici vətəndaş gələcək. Təbii ki, onlar təkcə idman yarışlarını seyr etməklə kifayətlənməyəcək, Azərbaycanın, paytaxt Bakının görməli yerləri, tarixi abidələri, ölkəmizin əldə etdiyi uğurlar, insanları haqqında da geniş bilgi əldə edəcəklər. Yəni, Azərbaycan barədə əyani olaraq məlumat toplayacaqlar. Bu işdə xüsusən də əcnəbi jurnalistlərin daha aktiv olacağı gözləniləndir. Onlar və digər əcnəbilər isə Azərbaycan nailiyyətlərini dünyada təbliğ edilməsində az rol oynamayacaqlar.
Millət vəkili Fərəc Quliyev də bildirdi ki, yarışlar zamanı ölkəmizə gələn xarici qonaqlar da uğurlarımızın təbliğinə müəyyən dərəcədə töhfə verəcəklər: "Bu yarışlara təkcə idman yarışı kimi baxmaq olmaz. Bir çox dövlətlər belə idman yarışlarının öz ərazilərində keçirilməsində ona görə maraqlı olur ki, bununla ölkəni, onun iqtisadiyyatı, sənayesini, onun turizm potensialını tanıtsınlar. Azərbaycan da yaranmış fürsətdən istifadə edərək təbii ki, ölkəmizin nailiyyətlərinin tanıdılmasında bu məqamdan yararlanmalıdır. Təkcə 1800-ə qədər jurnalistin qeydiyyatdan keçməsi onu göstərir ki, Azərbaycan uğurlarının dünyada təbliğində ciddi imkan əldə edirik. Ölkəmizin tanıdılması, gələcəkdə bura yeni-yeni investisiyaların yatırılması, Azərbaycan haqqında həqiqətlərin, məcburi köçkünlərin vəziyyətinin bilinməsi, tolerant dəyərlərə sahib olmağımızı, az saylı xalqların mədəniyyətinin inkişafına burada hərtərəfli imkanların açıldığını göstərtmək üçün əlverişli imkan yaranıb. Hesab edirəm ki, gələcək 6 min idmançı, 1800-dən çox jurnalist, 50 ölkənin televiziyası Azərbaycanın qazandığı uğurlarının təbliğində böyük bir imkandır. Həqiqətləri göstərmək və Azərbaycanı daha yeni-yeni uğurlara aparmaq üçün yaranmış bu fürsətdən hərtərəfli istifadə etməliyik. Bu işdə sözsüz ki, gələn çoxsaylı qonaqların da müəyyən xidmətləri olacaq”.
Rüfət NADİROĞLU

Bu xəbər oxucular tərəfindən 894 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |