20.05.2015 [12:38] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Azərbaycanlı milli-mədəni fəallar Hüseyn Əli Məhəmmədi və Taha Kirmani ayrı hökmlərlə toplam olaraq 26 il həbs cəzasına məhkum edilib.
Təbrizin ümumi məhkəməsinin 104-cü şöbəsi müqəddəssləri təhqir etmək və ümumi əmlakı yandırmaq ittihamı ilə fəalların hər birini 10 il həbs cəzasına məhkum edib.
Təbrizin inqilab məhkəməsi ötən il sistemin əleyhinə təbliğ və ölkə rəhbərini təhqir etmək ittihamı ilə adı çəkilən azərbaycanlı fəalların hər birini 3 il həbsə məhkum edib, lakin fəallara ölkə təhlükəsizliyini pozmağa cəhd göstərmək və müstəqil fəalların qanunsuz qrupuna üzv olmaq ittihamlarından bəraət verib.
Hüseyn Əli Məhəmmədi hicri-şəmsi təqvimi ilə ötən il isfənd ayında saxlanılıb və 3 illik həbs cəzasını çəkmək üçün Təbrizin mərkəzi zindanına aparılıb.
Xatırladaq ki, Hüseyn Əli Məhəmmədi və Taha Kirmani 2013-cü il noyabrın 4-də (1392-ci il abanın 13-də) Təbrizdə təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb və 6 ay saxlandıqdan sonra vəsiqə qarşılığında sərbəst buraxılıblar. Onlar saxlandıqları müddətdə ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) məmurları tərəfindən ağır işgəncə edilib.

Bu xəbər oxucular tərəfindən 781 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |