Şrift:
Ruhani Təbrizdə: Azərbaycan, igidlər və qəhrəmanlar diyarıdır
20.05.2015 [15:05] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Mayın 20-də İran prezidenti Həsən Ruhani onu müşayiət edən hökumət rəsmiləri ilə birlikdə Şərqi Azərbaycan əyalətinin paytaxtı Təbrizə səfər edib.
Təbrizin beynəlxalq hava limanında Ruhanini ölkənin dini liderinin bu şəhərdəki nümayəndəsi ayətullah Möhsün Müctəhid Şəbüstəri və Şərqi Azərbaycan əyalətinin ostandarı İsmayıl Cabbarzadə qarşılayıb. Hava limanında jurnalistlərə açıqlama verən Ruhani, Təbrizə iki günlük səfərinin hədəflərindən danışıb: “Mübarək Şaban ayının başlanğıcında bizə Şərqi Azərbaycana və Təbrizə səfər qismət olduğuna görə Allaha şükranlarımı bildirirəm. Çünki Azərbaycan igidlər və qəhrəmanlar diyarıdır.

Bu səfərdə əyalətin şərif insanlarının hökumətdən istək və tələblərini eşidəcək, Şərqi Azərbaycanın inkişafı üçün hökumətin planları və onun icrasına zəmin yaradılması məsələsi müzakirə ediləcək, əyalətin ziyalıları, ruhaniləri və şəhid ailələri ilə görüşlərimiz olacaq”.

Qeyd edək ki, Ruhaninin həmin gün Təbrizin “Təxti” stadionunda əhali qarşısında çıxışı gözlənilir.
Bu xəbər oxucular tərəfindən 823 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed