Şrift:
Təbrizdə əhali Iran prezidentini milli şüarlar, qırmızı kart və plakatlarla qarşıladı (foto, video)
21.05.2015 [09:51] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Həsən Ruhani Təbrizdə türk dili və ədəbiyyatı mədəniyyət evinin yaradılması ilə bağlı verdiyi vədə toxunmadı


Mayın 20-də (ordibeheştin 30-da) Təbrizdə səfərdə olan İran prezidenti Həsən Ruhani bu şəhərin Təxti stadionunda əhali qarşısında çıxış edib, lakin onun çıxışı azərbaycanlıları ümidsizlikdən qurtara bilməyib.
Səfərdən bir neçə gün öncə əhali və yerli məsullar tərəfindən dəfələrlə dilə gətirilən tələblər və həmçinin Ruhaninin seçki qabağı təbliğat-təşviqat dönəmindəki verdiyi vədlər barədə qaneedici fikirlər söylənilməyib vəya ümumiyyətlə mövzuya toxunulmayıb. Həsən Ruhani ötən həftə “Traxtur-Neft” müsabiqəsində baş verən hadisələr və Urmu gölü böhranına ötəri işarə etsə də, lakin türk dili və edəbəiyyatı mədəniyyət evinin yaradılması məsələsinə ümumiyyətlə toxunmayıb və bu barədə verdiyi vədi görməzdən gəlib.

Bu keyfiyyətdə keçirilən səfər təbii ki, azərbaycanlılar tərəfindən etirazla qarşılanıb. “Traxtur-Neft” müsabiqəsindən sonra ilk öncə sosial şəbəkələrdə başladılan “Qırmızı kart” kampaniyası H.Ruhaninin çıxışı vaxtı da özünü göstərib və bir çox soydaşımız H.Ruhaniyə etiraz əlaməti olaraq Qırmızı kart göstərib. Həmçinin soydaşlarımız üzərində türk dili və ədəbiyyatı mədəniyyət evinin yaradılmasının vacib olduğunu əks etdirən plakatlar açıblar. Lakin bu plakatları görən prezident öz çıxışının məzmununda heç bir dəyişiklik etməyib.
Təbrizdə əhali Iran prezidentini milli şüarlar, qırmızı kart və plakatlarla qarşıladı (foto, video)

Təbrizdə əhali Iran prezidentini milli şüarlar, qırmızı kart və plakatlarla qarşıladı (foto, video)

Təbrizdə əhali Iran prezidentini milli şüarlar, qırmızı kart və plakatlarla qarşıladı (foto, video)

Təbrizdə əhali Iran prezidentini milli şüarlar, qırmızı kart və plakatlarla qarşıladı (foto, video)

Təbrizdə əhali Iran prezidentini milli şüarlar, qırmızı kart və plakatlarla qarşıladı (foto, video)

Təbrizdə əhali Iran prezidentini milli şüarlar, qırmızı kart və plakatlarla qarşıladı (foto, video)

Soydaşlarımız H.Ruhaninin çıxışı zamanı çoxlu şüarlar da səsləndiriblər. Ruhani “Azərbaycan oyaxdı” deyərkən azərbaycanlıların “İnqilaba dayaxdı” deyil, “Traxtura dayaxdı” cavabı ilə qarşılanıb. Soydaşlarımız ayri-seçkilik siyasətinə qarşı “Azərbaycan milləti , çəkməz belə zilləti” şüarını gur səslə səsləndiriblər.

Stadionda bulunan soydaşlarımız “Ruhani Ruhani , Vədlərin bəs hanı?!” şüarı səsləndirərək ölkə prezidentinə verdiyi yalan vədləri xatırlatmağa çalışıblar.

Daha bir məlumata görə, çoxsaylı soydaşımız Bağ-i şimal stadionundan Abrəsan dördyoluna tərəf gedərək etirak aksiyası keçiriblər. Onlar milli şüarlar səsləndirib və plakatlar qaldırıblar. Lakin polis bu dinc aksiyaya kobud müdaxilə edib və bir neçə nəfərin yaxalandığı barədə məlumat yayılıb.







Bu xəbər oxucular tərəfindən 1188 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed