22.05.2015 [11:19] - Gündəm, Bildiriş
Mayın 21-də Azərbaycanın Misirdəki səfirliyində Respublika Günü münasibətilə tədbir keçirilib. Bu barəd Azərbaycanın Misirdəki səfirliyindən məlumat verilib.
Tədbirdə Misirin ictimai-siyasi xadimləri, elmi dairələrin təmsilçiləri və KİV nümayəndələri, həmçinin Qahirə, Ayn-Şəms və Əl-Əzhər universitetinin tələbələri, Misirdə yaşayan Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Səfir Ş.Abdullayev 1918-ci il mayın 28-də İstiqlal Bəyannaməsinin qəbul edilməsilə təşəkkül tapmış Azərbaycan Demokratik Respublikasının şərqin ilk demokratik respublikası olduğunu qeyd edib.
SSRİ-nin dağılmasından sonra ADR-in legitim varisi kimi Azərbaycanın yenidən müstəqilliyinə qovuşduğunu deyən səfir ölkənin son illər ərzində surətlə inkişaf etdiyini vurğulayıb. O, Azəraycanın qarşısında duran əsas problemin Ermənistan-Azərbaycan, Dağılq Qarabağ münaqişəsi olduğunu qeyd edib. Səfir Azərbaycanın 20% torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu, bir milyondan çox azərbaycanlının öz doğma torpaqlarından qovulduğunu qeyd edib, BMT TŞ tərəfindən 1993-cü ildə qəbul olunmuş 4 qətnamənin Ermənistan tərəfindən indiyədək yerinə yetirilmədiyini bildirib.
90-cı illərin əvvəllərində müstəqilliyini bərpa etmiş Azərbaycanın çox çətin dövrlər yaşadığını qeyd edən səfir hakimiyyətin bir neçə dəfə dəyişdiyini, daxildən və xaricdən bir çox təzyiqlərlə üzləşdiyini bildirib. 1993-cü ildə xalqın tələbi ilə Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə ölkədə ciddi dəyişikliklərin həyata keçirilməsinə başlanıldığını bildirib. Məhz H.Əliyevin müdrik siyasəti ilə qısa zaman ərzində dövlətin əsaslarının gücləndiyini qeyd edən səfir işğalçı Ermənistan tərəfi ilə atəşkəslə bağlı razılaşmanın əldə olunduğunu bildirib, ümummilli lider tərəfindən milli enerji strategiyasının işlənildiyini və onun rəhbərliyi altında 1994-cü ildə dünyanın müxtəlif şirkətlərinin iştirak etdiyi və dəyəri 50 milyard ABŞ dolları olan “Əsrin müqaviləsi”nin imzalandığını Misir ictimaiyyətinin diqqətinə çatdırıb.
Sonra tədbirdə iştirak edən Misirin ictimai-siyasi xadimləri çıxışlarında Misir-Azərbaycan münasibətlərinə, eyni zamanda mayın 18-19-da Bakıda keçirilmiş III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyəinə toxunaraq növbəti ay Bakıda keçiriləcək Bakı 2015 İlk Avropa Oyunları barədə danışıblar.

Bu xəbər oxucular tərəfindən 773 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |