Şrift:
Atatürk Mərkəzində Azərbaycan Milli QHT Forumu dəyirmi masa tədbiri keçirib.
22.05.2015 [15:04] - Xəbərlər, Siyasət, Gənclik
21.05.2015-ci il tarixində Atatürk Mərkəzində Azərbaycan Milli QHT Forumu (MQF) “Elm Mərkəzi”-nin təşəbbüsü ilə “I Cahan Savaşı və Türk Qaçqınları” adlı dəyirmi masa keçirilib.
İlk öncə Şəhidlərin və Binəqədi rayonunda baş verən yanğında həlak olanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan MQF prezidenti Rauf Zeyni bu il bir çox tarixi hadisələrin, eyni zamandaI Cahan savaşının 100 illiyinin qeyd olunduğunu bildirib. Daha sonra çıxış edən tarix üzrə fəlsəfə doktoru Nüşabə Məmmədova və tarixçi alim Əziz Ələkbərli I Cahan savaşının səbəbləri və nəticələri haqqında məruzə ilə çıxış ediblər. Həmçinin, tarix üzrə fəlsəfə doktoru Nüşabə Məmmədovanın ingilis dilində yazdığı “Turk Refugees the 1914-1918th years" (Türk qaçqınları 1914-1918-ci illərdə) adlı kitabı iştirakçılara təqdim olunub və kitabda əks olunan hadisələr müzakirə olunub. Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) koordinator müavini İsmail Gürlek Ermənilərin ən dəhşətli soyqrımı, qətliamı törətdiklərini və buna mütləq layiqli cavabın veriləcəyini, Türkiyənin qardaş Azərbaycanın hər zaman yanında olacağını bildirib.
Tədbirdə həmçinin Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının rəhbəri Sevil Yusifova, Sabitlik və İnkişaf Mərkəzinin sədri Rasim Məmmədov, Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev, TUMİB-in sədri Çingiz Bayramov, MQF idarə heyətinin üzvləri, Qeyri-Hökümət Təşkilatları və Kütləvi İnformasiya Vasitələri nümayəndələri, gənclər və başqaları iştirak edib.
Tədbir mövzu ətrafında müzakirələrlə davam edib.


MQF mətbuat xidməti
Bu xəbər oxucular tərəfindən 913 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed