25.05.2015 [10:23] - Gündəm, Hadisə
ABŞ-ın Ohayo ştatının Klivlend şəhərində iki silahsız şəxsi öldürməkdə təqsirləndirilən polis əməkdaşı Maykl Breloya məhkəmə tərəfindən bəraət qərarı verilməsinə qarşı etiraz aksiyası keçirənlərin 71 nəfəri həbs olunub. Xarici KİV-lərin verdiyi məlumata görə, polis aksiya iştirakçılarının həbsinə səbəb kimi onların şəhərin küçələrindən birində avtomobilin hərəkətini dayandırmağa cəhd göstərmələri və sakinlərlə sərt rəftar etmələrini göstərib.
Hazırda şəhərdə etiraz aksiyası davam edir. Aksiya iştirakçıları ədalətli mühakimə tələb edirlər.
Xatırladaq ki, Maykl Brelo 2012-ci ildə onun avtomobilinə atəş açaraq qaçan qaradərili şəxsləri təqib edərək yaxalamış, tabe olmadıqları üçün onlara atəş açmışdı. Hadisə nəticəsində Timoti Rassel və Malisa Uilyams adlı iki nəfər həlak olmuşdu. Polis əməkdaşının onları qəsdən öldürməsi ilə bağlı cinayət işi qaldırılmışdı.

Bu xəbər oxucular tərəfindən 679 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |