Şrift:
İranın Futbol Hakimlər Dərnəyi Traxtur-Neft müsabiqəsinin hakimini dəstəklədi
25.05.2015 [10:28] - Güney Azərbaycan xəbərləri, İdman
Bir neçə gündür milyonlarla azərbaycanlının etirazına səbəb olan “Traxtur-Neft” müsabiqəsinin hakimi Əlirza Fəğani –hansıki öz qərəzli qərarları ilə “Traxtur”u çempion olmaqdan məhrum etdi- İranın Futbol Federasyonu Dərnəyi tərəfindən dəstəklənib.
Futbol Federasyonu Dərnəyi yaydı Bəyanatda Əlirza Fəğanini dəstəkləyərək ona qarşı olan ertirazların qarşısını almağa çalışıb. Bəyanatda bildirilir ki, “Futbol Hakimlər Dərnəyi “Traxtur-Neft” müsabiqəsi ilə əlaqədar Əlirza Fəğaniyə qarşı irəli sürülən tənqidlər qarşısında onu dəstəkləməyi öz vəzifəsi hesab edir. Baxmayaraq ki, bu həssas müsabiqədə bir sıra yalnışlıqlar ola bilər, lakin buna görə bütün hücumları hakimə qarşı yönəltmək və bu vasitə ilə oyunun son dəqiqələrində başqaları tərəfindən baş verən idman rüsvayçılığını görməzdən gəlmək doğru deyil. Aydın olan odur ki, ölkənin futbol hakimliyi cəmiyyəti baş verən hadisələrdə günahkar deyil və hər kəsdən proseslərə düzgün yanaşmağı istənilir.”
Bu xəbər oxucular tərəfindən 750 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed