25.05.2015 [11:19] - Gündəm, Sosial
Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) Azərbaycan Respublikası Prezidentinin yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımıyla Bakıda “Müəllimlər üçün onlayn ifadə azadlığı mədəniyyəti” seminarı keçirib.
Təhsil Problemləri İnstitutunda baş tutmuş seminarda Bakı şəhərindən 20, Şəki və Sumqayıtın hərəsindən 1 nəfər olmaqla 22 nəfər müəllim iştirak edib.
Seminarı giriş sözü ilə açan CASCFEN sədri Azər Həsrət layihəyə verdiyi dəstəyə görə Azərbaycan dövlətinə təşəkkür edib. O qeyd edib ki, dövlətin vətəndaş cəmiyyətinə bu qədər yaxından dəstək verməsi, sonucda müxtəlif sahələrdə insanların bilgiləndirilməsi üçün şərait yaradılması sevindiricidir.
Daha sonra o, ifadə azadlığının təmin edilməsində Azərbaycanın da tərəfdar çıxdığı beynəlxalq normalar, Azərbaycan qanunlarında ifadə azadlığının təminatı, ifadə azadlığından sui-istifadə hallarının yaratdığı məsuliyyət barədə geniş məruzəylə çıxış edib. Azər Həsrət Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 19-cu, Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu, Azərbaycan Respublikası Konstitusiyasının 47-ci, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrini geniş şərh edərək ifadə azadlığının konturlarını cızıb, bu konturların aşılması halında yaranacaq məsuliyyətdən danışıb.
Daha sonra çıxış edən ekspert, Bakı Slavyan Universitetinin müəllimi Dr. Nüşabə Hüseynli sosial şəbəkələr və digər onlayn platformalarda ifadə azadlığı mədəniyyəti – netiket, həmçinin netiketin pozulma halları və onların aradan qaldırılması yolları haqqında geniş məruzə edib. N.Hüseynli nəzəri məsələlərlə bərabər tez-tez rast gəlinən praktiki hallar üzərində dayanaraq müəllimlərin müzakirələrdə fəal iştirakını təmin edib.
İştirakçı müəllimlər də rastlaşdıqları ayrı-ayrı hallar, bəzən ortaya çıxan problemlərin həllində mübahisəli durumların yaranmasından danışıblar. Onlar belə seminarların təhsil işçiləri üçün çox gərəkli olduğunu qeyd ediblər.
Bundan sonra CASCFEN sədri Azər Həsrət tədris prosesində onlayn mənbələrlə iş zamanı netiketə əməl edilməsinin vacibliyindən danışıb, ayrı-ayrı örnəklərlə müəllif hüquqlarının pozulmasına diqqət yönəldib.
Sonda seminarın işinin gizli sorğuyla dəyərləndirilməsi təşkil edilib. İştirakçılardan 18-i seminarı əla, 4-ü isə yaxşı qiymətləndirib.
Yekunda iştirakçılara CASCFEN-in sertifikatları təqdim edilib, xatirə şəkilləri çəkdirilib.
CASCFEN-in bu qəbildən növbəti seminarı iyunun 8-də Lənkəranda keçiriləcək. Seminara ətraf rayonlardan olan müəllimlər qatıla bilər.
CASCFEN Mətbuat Xidməti

Bu xəbər oxucular tərəfindən 832 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |