25.05.2015 [20:58] - Gündəm, Siyasət, Fərəc Quliyev
"Azəbaycan prezidenti İlham Əliyevin Riqa sammitinə qatılmamaqla bağlı verdiyi qərar rəsmi Bakının Avropa İttifaqının (Aİ) ölkəmizə qarşı həyata keçirdiyi siyasətə gerçək reaksiyasını ortaya qoydu".
Bunu Moderator.az-a açıqlamasında millət vəkili Zahid Oruc deyib.
“ Azərbaycanın demarş siysəti nümayiş etdirməsi sübut edir ki, bundan sonra ölkə rəhbərliyi Qərbə münasibətlərinə yenidən baxmaq niyyətindədir”, deyə millət vəkili vurğulayıb.
Onun sözlərinə görə, bir yandan Qərb öz resurslarından istifadəe dərək Azərbayacana qarşı kampaniya başlatmaq, digər tərəfdən də bizdən Riqa sammtindinə yüksək səviyyədə təmsilçilik gözləmək absurdur və heç bir məntiqə sığan məsələ deyil: “Hesab edirəm ki, Azərbayacan tərəfinin təqdim etdiyi yol xəritəsi iki tərəf arasındakı münasibətlərə tam aydınlıq gıtirəcəkdir. Ya Avropa Azərbayacanın maraqlarını tanımalı, ərazi bütövlüyü məsələsində prinsipiallıq göstərməli dir. Əks təqdirdə Azərbaycan bu proqramadan iştirakdan tamamailə imtina edə bilər.”
Millət vəkili onu da əlavə etdi ki,artıq bir çox ölkələrin təhlkəsizliyinə ciddi təhdid məınəbiy olan Aİ-nin “Şərq tərəfdaşlığı” proqramı iflasa uğrayıb: “Çünki bu layihə fərqli tarixə, regiona və mövqeyə malik ölkələri bir çətir altında birləşdirmək özü yanlış bir addım idi. Məhz bu detalların nəzərə alınmaması “Şərq tərəfdaşlığını” iflasa uğradan əsas amillərdən biri oldu.”
Millət vəkili Fərəc Quliyev Azərbaycan prezidentinin Riqa sammitində iştirak etməməsində hər hansə siyasi nüansin olmadığını bildirdi: “Mən burada başqa siyasi məna axtarmıram. Mən də rəsmi açıqlamada verildiyi kimi, birinci Avropa Oyunlarının başlanmasına çox az vaxt qaldığına və bu mühüm tədbirə hazırlıq işləri son mərhələyə qədəm qoyduğuna görə, Azərbaycan Prezidentinin qrafiki həddən artıq sıxlaşıb. Buna görə də dövlətimizin başçısı sammitdə iştirak edə bilməyəcəyi fikri ilə razıyam. Əlavə şərhə ehtiyac görmürəm.”
F. Quliyev əlavə edib ki, guya prezidentin hansısa avropalı siyasətçinin Azərbaycana qarşı siyasi təqidi fikrinə görə sammitdə iştirakdan imntina etməsi kimi yozulması düz deyil: “ Artıq Azərbaycan Avropaya inteqrasiya və əməkdaşlıq etməklə bağlı öz strateji seçimini edib. Ona görə də bu cür məsələlərə reaksiya vermirik. Avropada Azərbayacnla əlaqələrdə maraqlıdır və bu maraqlar qarşılıqlı xarakter daşıyır.”
Politoloq elman Nəsirov isə hesab edir ki, Avropa İttifaqının Azərbaycana münasibətdə yeritdiyi siyasətə adekvat olaraq Azərbaycan da öz xarici siyasət konturlarını müəyyən edir, Aİ ilə münasibətlərində növbəti konturlarını cızır.
“Azərbaycan Riqa sammitində iştirak edir, sadəcə, hansı səviyyədə iştirak etmək məsələsi var. Azərbaycan tərəfi də hansı səviyyədə iştirak məsələsində real situasiyaya qiymət verib və anoloji addım atmaqla cavab verib”, -deyə E. Nəsirov bildirib
Onun sözlərinə görə, Azərbaycan dövləti Aİ ilə əməkdaşlıqda hər zaman ölkənin milli maraqlarını önə çəkir: “Tək Brüssel ilə deyil, hər bir dövlət və təşkilatla münasibətlərdə Azərbaycanın milli maraqları prioritetdir. Eyni zamanda Azərbaycan Aİ ilə əməkdaşlıq xəttindədir, bu prinsipə prioritet önəm verir. Hesab edirəm ki, bu halda Azərbaycan tərəfinin mayın 21-22-də “Şərq tərəfdaşlığı”nın Riqa samitində prezident səviyyəsində iştirakı məsələsinə toxunarkən bu reallıqları nəzərə almaq lazımdır.”
E.Nəsirov qeyd edib ki, Azərbaycan Aİ ilə əməkdaşlıq xəttinə sadiqdir: “2007-ci il mayın 23-də qəbul olunmuş Milli Təhlükəsizlik Konsepsiyamızda da aydın şəkildə yazılıb ki, Azərbaycanın xarici siyasətinin əsas prioritet istiqamətlərindən birini avroatlantik məkana inteqrasiya xətti təşkil edir. Bu nöqteyi-nəzərdən Azərbaycanın Avropa İttifaqına münasibətdə atdığı addımlar, xüsusən enerji təhlükəsizliyi sahəsində Avropa ölkələri ilə əməkdaşlığı genişləndirmə xətti seçməsi, bu məsələdə Avropaya dəstək verməsi hər kəsə bəllidir. Amma çox təəssüf ki, bir çox hallarda bizim avropalı tərəfdaşlarımız Azərbaycanın atdığı bu addımları lazımi səviyyədə qiymətləndirmir, bir çox hallarda isə müəyyən tələblərin, xüsusilə ermənipərəst qüvvələrin mənafeyindən çıxış edərək qərəzli şəkildə Azərbaycana qarşı siyasət yeridirlər.”

Bu xəbər oxucular tərəfindən 1000 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |