14.01.2012 [23:43] - Xəbərlər
Təbriz-Bakı-Təbriz marşrutu üzrə sərnişin təyyarəsinin birinci reysi yanvarın 14-də həyata keçiriləcək. Azərbaycan Respublikasının Təbrizdəki baş konsulluğundan verilən məlumata görə, İranın “Kiş Air” aviaşirkəti həftənin çərşənbə axşamı və çərşənbə günləri uçuşları “Boinq - MD” markalı təyyarələrlə təşkil edəcək. İki tərəfə biletlərin qiyməti təxminən 130-140 manat arasında müəyyən olunub. Xatırladaq ki, ötən ilin payızından başlayaraq Təbriz-Bakı-Təbriz istiqamətində sərnişin təyyarələrinin çarter uçuşları həyata keçirilib.
Bu xəbər oxucular tərəfindən 2797 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |