Şrift:
Ankarada İran səfirliyi qarşısında keçirilən etiraz aksiyası Türkiyə mətbuatında geniş işıqlandırılıb
26.05.2015 [10:32] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Türkiyədə bir qrup güney azərbaycanlı milli-mədəni fəal 2006-cı il may hadisələrinin (1385-ci il xordad hadisələri , Milli Qiyam) 9-cü ildönümü münasibəti ilə İran səfirliyi qarşısında etiraz aksiyası keçirib.
Mayın 23-də (xordadın 2-də) Ankarada keçirilən aksiyada Türkiyədə yaşayan bir qrup güneyli fəal iştirak edib. Etirazçılar Milli Qiyam günlərində İranın təhlükəsizlik qüvvələri tərəfindən şəhid edilən soydaşlarımızın əziz xatirəsini yad edərək plakat və şüarlar vasitəsi ilə irqçi rejimə öz etirazlarını bildiriblər. Onlar son günlərdə Azərbaycanın “Traxtur” futbol takımına qarşı edilən haqsızlığa görə də öz etirazlarını bildirib və “qırmızı kart” göstəriblər.

Aksiya iştirakçıları Səid Mətinpur, Ayət Mehrəlibəyli, Şəhram Radmehr, Mahmud Fəzli və s. kimi azərbaycanlı siyasi məhbusların şəkillərini qaldıraraq onların azad edilməsini tələb ediblər.

Azərbaycanlı fəalların keçirdiyi aksiya Türkiyə mediasında geniş işıqlandırılıb. Məlumata görə, Hürriyyet, Milliyet və Bugün kimi bir neçə qəzet və onlarla sayt sözü gedən etiraz aksiyası barədə xəbər yayıb və İranda türklərə qarşı həyata keçirilən ayri-seçkilik siyasəti ilə bağlı məlumat dərc edib.
Bu xəbər oxucular tərəfindən 771 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed