Şrift:
İlk Avropa Oyunlarının açılış mərasimində ən az 20 dövlət başçısının iştirakı gözlənilir
26.05.2015 [10:39] - Xəbərlər, İdman
İlk Avropa Oyunlarının açılış mərasimində ən az 20 dövlət başçısının və hökumət nümayəndələrinin iştirakı gözlənilir. Bunu gənclər və idman naziri Azad Rəhimov “Rossiyskoy qazeta”-ya müsahibəsində deyib.

A.Rəhimovun sözlərinə görə, ilk olaraq Beynəlxalq Olimpiya Komitəsinin üzvü Monako Knyazı II Albert və Böyük Lüksemburq Hersoqu öz iştirakını təsdiqləyib: “Oyunların başlamasına az qalmış Avropadan Bakıya neçə dövlət başçısının gələcəyi məlum olacaq. Biz ən az 20 dövlət başçısının gələcəyini gözləyirik”.
Bu xəbər oxucular tərəfindən 749 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed