26.05.2015 [10:44] - Gündəm, İqtisadiyyat
Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov 21-23 may tarixlərində İordaniya Haşimilər Krallığında Dünya İqtisadi Forumunun (DİF) Yaxın Şərq və Şimali Afrika üzrə keçirilmiş sammitində iştirak edib.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məlumat verir ki, İordaniya Haşimilər Kralı II Abdullah, Misir Ərəb Respublikasının Prezidenti Abdel Fəttah Əl Sissi, Fələstin Milli Hakimiyyətinin Prezidenti Mahmud Abbas, DİF-in təsisçisi və icraçı sədri Klaus Şvab, yüksəksəviyyəli dövlət və hökumət rəsmiləri, akademik nümayəndələr, vətəndaş cəmiyyətləri və aparıcı şirkətlərin rəhbərlərinin iştirak etdiyi sammitin açılış mərasimində Azərbaycan hökumətini Ə.Abbasov təmsil edib.
Nazir qabaqcıl texnologiyaların həyatımızın bütün sahələrinə təsiri, təbii ehtiyatlar, sülh və işsizlik problemlərinin həllində rolu kimi mövzuların müzakirə edildiyi "Gələcəyin texnologiyaları", "Rəqəmsal ekstremizm" və "İnkişaf üçün infrastruktur" sessiyalarında iştirak edib.
Sammit çərçivəsində Ə.Abbasovun DİF-in təsisçisi və icraçı sədri, professor K.Şvabla ikitərəfli görüşü baş tutub. K.Şvab Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davos Forumunda fəal iştirakı və onun rəhbərliyi ilə ölkə iqtisadiyyatının inkişafının digər ölkələr üçün nümunə olduğunu bildirib. O, ölkəmizdə informasiya və yüksək texnologiyaların sürətli inkişafının Davos Forumu çərçivəsində aparılan təşəbbüslərdə və keçiriləcək sessiyalarda da öz əksini tapması üçün uyğun bölmələrinə tapşırıq verəcəyini bildirib.
Görüş zamanı Azərbaycan Respublikası ilə DİF arasında yüksəksəviyyəli əlaqələrin perspektivləri və inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, 2016-cı ilin yanvar ayında DİF-in Davosda baş tutacaq illik toplantısı çərçivəsində Genişzolaqlı İnternetin inkişafı üzrə BMT Komissiyasının xüsusi sessiyasının DİF-lə birgə keçirilməsi mövzusu müzakirə edilib.
Yeni əməkdaşlıq əlaqələrinin qurulması və mövcud əlaqələrin inkişaf etdirilməsi məqsədilə Ə.Abbasov İordaniya Haşimlər Krallığının informasiya-kommunikasiya texnologiyaları (İKT) naziri, İordaniyanın dövlət sektorunun inkişafı naziri, Uqanda Respublikasının İKT naziri, Bolqarıstanın turizm naziri, Birləşmiş Ərəb Əmirliklərinin Şarcah vilayətinin ticarət və turizmin inkişafı qurumunun baş direktoru, Yaponiyanın Xarici İşlər Nazirliyinin xarici siyasət bürosunun sülh quruculuğu üzrə xüsusi səfiri, eyni zamanda, dünyaca məşhur korporasiya və şirkət rəhbərləri ilə ikitərəfli görüşlər keçirib.

Bu xəbər oxucular tərəfindən 880 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |