27.05.2015 [10:10] - Gündəm, İqtisadiyyat
Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətində 2-5 iyun tarixləri Bakı Ekspo Mərkəzində təşkil olunacaq XXII Beynəlxalq Xəzər neft və qaz sərgi-konfransına (Caspian Oil & Gas 2015) hazırlıqla bağlı yekun iclas keçirildi. Sərginin iclasında Beynəlxalq əlaqələr idarəsinin Beynəlxalq təşkilatlarla əlaqələr şöbəsinin rəisi, tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyeva, Akademiyanın ayrı-ayrı institut və təşkilatlarının gənc alim və mütəxəssislər şuralarının sədrləri iştirak ediblər.
Öncə digər sərgilərə qatılmaqla bağlı vəziyyətlə maraqlanan Nuridə Quliyeva tədbirdə nəzərdə tutulmuş məkanlarda müəssisələrin yerləşmə ardıcıllığını özündə əks etdirən iştirak eskizini təqdim edib. Qeyd olunub ki, Milli Elmlər Akademiyasını sərgidə Geologiya və Geofizika, Neft-Kimya Prosesləri, Kataliz və Qeyri-Üzvi Kimya, Aşqarlar Kimyası, Polimer Materialları, Coğrafiya, Tarix, İdarəetmə Sistemləri, Riyaziyyat və Mexanika institutları, o cümlədən Təcrübə-Sənaye Zavodu və Respublika Seysmoloji Xidmət Mərkəzi təmsil edəcək.
İclasda institut və təşkilatların neft-qaz sərgisində nümayiş etdirəcəyi məhsullar haqqında geniş məlumat bir daha iştirakçıların diqqətinə çatdırılıb. Sərgidə müxtəlif tipli nəşrlərin düzülüşünə, arxa fon olaraq quraşdırılacaq lövhə və monitorlarda nümayiş olunacaq məlumatların mətn tərkibi və digər məsələlərə yerindəcə baxış keçirmək məqsədilə mayın son günlərində Bakı Ekspo Mərkəzində görüş təşkil ediləcəyi qərara alınıb.
Eyni zamanda iyunun 4-də "Marriott Hotel"də düzənlənəcək konfransda ilk dəfə olaraq azərbaycanlı alimlər məruzələrlə çıxış edəcək. Qeyd edək ki, AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevin "Xəzər dənizində qaz hidratları" və İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyevin "Gücdən düşmüş mədənlərin neft-qaz çıxarma obyektlərinin rentabelliyini yaxşılaşdıran intellektual "robast noise" nəzarət diaqnostika idarəetmə texnologiyaları və sistemləri" adlı məruzələri dinləniləcək.

Bu xəbər oxucular tərəfindən 1020 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |