27.05.2015 [10:16] - Güney Azərbaycan xəbərləri, İdman
Təbrizin “Traxtur” futbol komandasının oyunçusu Lusano Edinyo builki super liqa rəqabətlərinin ən yaxşı oyunçusu kimi seçilib.
Lusano Edinyo Nəvəd proqramının SMS vasitəsi ilə keçirdiyi rəy-sorğu nəticəsində İran üzrə futbol klublarının super liqa rəqabətlərinin ən yaxşı oyunçusu kimi seçilib.
1 milyon 337 min nəfərin iştirak etdiyi rəy-sorğuda “Traxtur” oyunçusu səslərin 43 faizini qazanaraq birinci olub. Lusano Edinyodan sonra Biranvənd ikinci, Məbəli isə üçüncü olub.
Xəbər verdiyimiz kimi, bu ilki super liqa rəqabətləri mayın 15-də (ordibeheştin 25-də) qalmaqallı şəkildə sona çatdı. Təbrizdə “Traxtur-Neft” müsabiqəsində oyunun hakimi və İranın Futbol Federasyonu tərəfindən həyata keçirilən hiyləkar plan “Traxtur”u çempion olmaqdan məhrum etdi... .

Bu xəbər oxucular tərəfindən 866 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |