27.05.2015 [11:33] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
May ayının 26-da İsveç Azərbaycan Qarabağ Cəmiyyetinin təşkilatçılığı ile keçirilən 28 May həftəsi tədbirlərinə start verilib. Tədbirlərə qatılan Bütöv Azərbaycan Ocaqlarının Mərkəzi Şurasının üzvləri Rüfət Muradlı və Yasəmən Qaraqoyunlu bu gün İsveç Xarici İşlər Nazirliyində, elecə də Parlamentdə cox önəmli görüşlər keçiriblər.. Rüfət Muradlı bildirib: "Her iki görüşdə ərazilərimizin işğalı, qaçqınlarımızın problemi, Xocalı ve Güney Azərbaycandakı soyqırım haqda tərəf müqabillərimizi məlumatlandırdıq və Azərbaycan həqiqətlərinin İsveç toplumuna çatdırılması yönündə önəmli vədlər aldıq. Keçirilən ilk görüşlərdən aldığımız sonuc isə budur - haqqımızın tanınmasını istəyiriksə, həqiqətlərimizi çatdırmaq yönündə daha çox çalışmalıyıq. Yaxın günlərdə medyada görüşlərin təfərrüatı öz əksini tapacaq".
Bu xəbər oxucular tərəfindən 882 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |