Şrift:
Bu gün Qazaxıstanda növbədənkənar parlament seçkiləri keçirilir
15.01.2012 [15:26] - Xəbərlər
Qazaxıstanda bu gün parlamentin aşağı palatası olan Məclisə növbədənkənar seçkilər keçirilir.

98 mandat uğrunda 7 siyasi partiya mübarizə aparacaq: Qazaxıstan prezidentinin başçılıq etdiyi «Nur Otan», «Ak jol», Qazaxıstan Kommunist Xalq partiyası, Qazaxıstan Vətənpərvərlər partiyası, «Adilet», «Auıl» və Ümummilli sosial-demokrat partiyası.

Seçkilərdə 335 namizəd qeydə alınıb. Daha 9 deputat Qazaxıstan Xalqlarının assambleyasının sessiyasında seçiləcək. Bununla parlamentdə ölkədə yaşayan bütün etnosların nümayəndələrinin iştirakı təmin olunacaq.

Hazırkı seçkilər yeni qanunvericiliyinə əsasən keçirilir. İndidən belə parlamentin aşağı palatası təkpartiyalı olmayacaq. Seçkilərdə ikinci yeri tutan partiya 7%-lik həddi keçə bilməsə belə mandat qazana biləcək.
Bu xəbər oxucular tərəfindən 5467 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed