27.05.2015 [15:23] - Gündəm, Gənclik
”Karvan” Gənclərin İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Ekoloji idarəçilikdə gənclərin rolu: bu gün və sabah” adlı layihəni həyata keçirəcək.
Layihənin həyata keçirilməsində məqsəd təbiətə vurulmuş ciddi ziyanı nəzərə alaraq, yeni gənc nəslin hələ kiçik yaşlarından ekoloji tərbiyə olunmasından və bu sahədə maariflənməsindən ibarətdir. Bu istiqamətdə qeyri-ənənəvi metodlardan: ekoloji oyunlardan istifadə etməklə ətraf mühitin qorunması işinə uşaqların, yeniyetmələrin diqqətini artırmaqdan və onların ekoloji tərbiyəsini inkişaf etdirməkdən ibarətdir.
Uşaqlarda təbiətin və ətraf mühitin dərk edilməsinə marağın oyadılması və inkişaf etdirilməsi də layihənin əsas vəzifələrindəndir.
Layihənin hədəf qrupu 10-18 yaş arası məktəblilərdir. Hər bir iştirakçının ailə üzvləri də layihə vasitəsilə bu prosesə qoşulacaqdır. Tədris müəssisələrinin müəllim heyəti bilavasitə layihənin maarifləndirilmə proqramında iştirak edərək layihənin texniki imkanlarından faydalanaraq öz bilik və bacarıqlarını praktiki şəkildə inkişaf etdirəcəkdir. Uşaqlar və məktəblilər arasında ekoloji şüur və təfəkkürün formalaşdırılması, ekoloji mədəniyyətin aşılanması yolunda layihənin praktiki nəticələri bütün vasitələrlə işıqlandırılacaq, daha geniş əhali qrupuna çatdırılacaqdır.
Layihə 4 ay müddətində Bakı şəhərində icra olunacaq.

Bu xəbər oxucular tərəfindən 1104 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |