Şrift:
Makıda iki nəfər selin qurbanı oldu
28.05.2015 [00:40] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Makı şəhərində iki nəfər selin qurbanı olub. Şəhərin icra başçısı bildirib ki, “Makı məntəqəsinin dağlıq bölgəsini şiddətli yağış və dolu nəticəsində sel bürüyüb və iki nəfər selin quranı olub.”
Şahin Əlizadə deyib ki, “seldə həlak olan şəxslər qadaş olub, onlar İlanqara kəndində qoyun otararkən seldə qərq olublar.”

Onun sözlərinə görə, həlak olan qardaşların cəsədi imdad qrupları tərəfindən sudan çıxarılıb.

İcra başçısının verdiyi məlumata görə, dağlıq bölgəni bürüyün seldə 150 baş mal-qara tələf olub və bölgəyə bir çox xəsarət dəyib.
Bu xəbər oxucular tərəfindən 693 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed