28.05.2015 [12:58] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran prezidentinin keçən günlərdəki Təbriz səfəri daha bir saxtakarlıqla yadda qaldı. Belə ki, Həsən Ruhani seçki qabağı təbliğat-təşviqat dönəmi Təbrizdə bir neçə vədlə yanaşı türk dili və ədəbiyyatı mədəniyyət evinin yaradılmasına söz vermişdir. Onun prezidentlik dövründə verdiyi vədlərin yerinə yetirilmədiyini görən soydaşlarımız Ruhaninin bu səfərində öz kəskin etirazlarını bildirib və türk dili və ədəbiyyatı mədəniyyət evinin yaradılmasını tələb etdilər. Ruhani isə ənənəyə sadiq qalaraq daha bir hiyləkarlığa ələ atıb və “türk dili və ədəbiyyatı mədəniyyət evi” deyil “Azərbaycan mədəniyyət, ədəbiyyat və incəsənət mərkəzi”nin açılışını etdi. Halbu ki, Ruhaninin yaratdığı ilə verdiyi söz arasında heç bir bağlılıq yoxdur və yeni yaradılan mərkəz təmami ilə saxta və Azərbaycanın bir türk kimi milli kimliyini inkar edən bir qurumdur. Bunu rəsmilərin də açıqlamasından anlamaq mümkündür.
“Azərbaycan mədəniyyət, ədəbiyyat və incəsənət mərkəzi”ndə yazılı meyar dil Azərbaycan türkcəsi vəya Türkiyə türkcəsi olmayacaq.
Şərqi Azərbaycanın İslami İrşad və Mədəniyyət İdarəsinin baş müdiri “Həmnəva” xəbər-təhlil agentliyinin jurnalisti ilə danışıqda yazılı meyar dil barəsində bildirib ki, “Bu mərkəzdə meyar dil bizim söhbət tərzimiz olacaq.”
Əliəkbər Seyfipur jurnalistin “acaba meyar dil ustad Şəhriyarın yazılı dili –hansıkı hazırda Şərqi Azərbaycanın İslami İrşad və Mədəniyyət İdarəsində bunun üzərində dururlar- olacaq?” sualına belə cavab verib: “Meyar dilin seçilməsi üçün zamana ehtiyac var. Gələcəkdə meyar dil mütəxəssislərin araşdırmaları nəticəsində seçiləcək. Əslində bu mərkəz elə meyar dili seçmək üçün təşkil edilib.”
Ə.Seyfipur əlavə edib ki, “Azərbaycan mədəniyyət, ədəbiyyat və incəsənət” mərkəzi milli birliyin təmini üçün yaradılıb. Mərkəz mütəxəssisləri əməkdaşlığa çağırır, lakin bu mərkəzdə bölücələrə yer yoxdur.”

Bu xəbər oxucular tərəfindən 852 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |