28.05.2015 [00:49] - Gündəm, Hərb, Bildiriş
Vətən qarşısında xidməti vəzifəsini yerinə yetirərkən şəhid olmuş əsgər Zəlimxan Eybalı oğlu Cavadovun Azərbaycan Respublikasının Prezidentinin adından müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə ölümündən sonra təltif edildiyi “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal şəhidin valideynlərinə təqdim olunub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Qobustan rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov çıxış edərək bildirib ki, Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi həmişə əziz tutulur, onların adları əbədiləşdirilir, şəhid ailələri isə daima ölkə rəhbərliyinin diqqət və qayğısı ilə əhatə olunub.
Qobustanlı gənclər Silahlı Qüvvələrdə xidmətdən fəxr duyur və hərbi peşəni - Vətənə xidmət peşəsini həvəslə seçirlər. 80 nəfərdən artıq qobustanlı Azərbaycanın ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır.
Respublika Günü ərəfəsində şəhidlərimizin layiq görüldüyü medalın ailəsinə təqdim olunması unudulmaz hadisədir.
Nazirliyin zabiti polkovnik Abdulla Qurbani müdafiə naziri general-polkovnik Z.Həsənovun salamlarını tədbir iştirakçılarına çatdıraraq qeyd edib ki, Vətən uğrunda şəhid olanların hər birinin xidməti yüksək qiymətləndirilir və onların ailələri Müdafiə Nazirliyinin diqqətindədir.
Medal təqdim edildikdən sonra şəhidin atası Eybalı Cavadov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan rayon bölməsinin rəisi polkovnik-leytenant Mərdan Nəhmətov və başqaları çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə, Müdafiə Nazirliyinin rəhbərliyinə göstərdikləri diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Bu xəbər oxucular tərəfindən 772 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |