Şrift:
Mərkəzi Elmi Kitabxana bu ilin sentiyabr ayında oxucuların istifadəsinə veriləcək.
29.05.2015 [00:55] - Gündəm, Bildiriş
Bu gün Mərkəzi Elmi Kitabxananın (MEK) yeni binasına AMEA-nın Əsas binasında yerləşən köhnə kitabxanadan kitabların köçürülmə prosesi başa çatdırılıb. Ötən ilin noyabr ayından başlanan və tamamlanması 28 May Respublika Gününə təsadüf edən köçmə işi AMEA rəhbərliyinin, MEK-in işçi heyətinin, FHN Mülki müdafiə qoşunlarının Mülki müdafiə idarəsinin və Gənc Ərəbşünaslar Şəbəkəsinin dəstəyi ilə uğurla həyata keçirilib. Köçürülmüş 1 mln 571 min kitab artıq qeydiyyata alınıb və yeni binanın informasiya materiallarının yanğından mühafizə məqsədilə xüsusi qazla təchiz olunmuş və lazımi temperatur-hava rejimini təmin edən kitab saxlanclarında yerləşdirilib.

Bundan başqa MEK-in kitab kolleksiyasının bir hissəsini təşkil edən, 17 min kitab ehtiyatına malik Nadir kitablar fondu və 75 min kitabı olan Şərq Ədəbiyyatı fonduna məxsus kitablar inventar nömrələrindən əlavə təhlükəsizlik sisteminə inteqrasiya edilmiş elektron çiplərlə təmin olunublar.

Yaxın müddət ərzində kitabxananın digər fondları olan Qərb Avropa Ədəbiyyatı, Rus Ədəbiyyatı, Azərbaycan Ədəbiyyatı və Mübadilə fondlarının kitablarına elektron çiplərin vurulması prosesi başa çatdırılacaq.

Qeyd edək ki, kitabxananın oxucuların istifadəsinə verilməsi 2015-ci ilin sentyabr ayına planlaşdırılır.


Ruslan Kərimov

AMEA Mərkəzi Elmi Kitabxana
Mətbuat xidməti
Bu xəbər oxucular tərəfindən 736 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed