29.05.2015 [11:08] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Fransanın xarici işlər naziri Loran Fabius mayın 27-də ölkə parlamentində çıxış edərək İranla yekun nüvə razılaşmasından danışıb.
Loran Fabius deyib ki, ölkəsi İranın hərbi mərkəzlərinə baxış keçirilməsini təmin etməyən heç bir razılaşmaya dəstək veməyəcək: “Əgər yekun nüvə razılaşmasında İranın hərbi təsisatlarına baxış keçirilməsinin mümkünlüyü açıq və şəffaf şəkildə qeyd olunmasa Fransa hökuməti belə bir razılaşmanı qəbul etməyəcək.
Biz yekun razılaşmanın əldə olunmasına müsbət yanaşırıq. Lakin bu elə bir razılaşma olmalıdır ki, İranın atom bombası istehsal etməsində əlini açıq qoymasın. Bu isə Fransanın müstəqil mövqeyidir”.
Qeyd edək ki, İranla Qərb arasında yekun nüvə razılaşmasının əldə olunması üçün iyunun sonuna qədər vaxt təyin edilib.

Bu xəbər oxucular tərəfindən 825 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |